Üzeyir Hacıbəyli

Üzərimizdəki qara buludlar

Rus könüllü qoşunu ilə gürcülərin Soçi yanındakı toqquşması Qafqazda əmələ gələn yeni cümhuriyyətlərin hamısını əndişə və təşvişə salacaq böyük bir məsələdir. Gürcü hökuməti "Dobrovolçiski armiya" deyilən bir rus könüllü qoşunun Soçi yanlarında yığılmalarına çoxdan bəridir ki, şübhə və ehtiyatla baxmağda idi. Lakin ingilislər gürcüləri sakit edib bu qoşunun Gürcüstan istiqlaliyyəti əleyhinə qarşu heç bir fikri olmadığını təmin ilə gürcü hökumətini ümidvar etdi. Halbuki qəzetələrdə oxuduğumuz üzrə könüllü qoşunu bu günlərdə Gürcüstan əleyhinə düşmənanə hərəkətlər başlanır, komandanlarını həbs etmək, möbqeyi qırmaq və ultumatumlar verməkdədir.

Digər tərəfdən Şimali Qafqazda Dağıstan hökuməti qoşununun dəxi bu könüllü ordu hissələrilə qədəmələri olmuşdur.

Rus könüllü ordusu Rusiyanı bolşeviklərdən təmizləmək, hökuməti ələ almaq bununla köhnə Rusiyanı təcrid etmək fikrində olan monarxik bir təşkilatdır ki, əsl məqsədi Rusiya taxt və tacını genə öz yerində bir qərar etməlidir.

Bu təşkilatın məqsədlərinə yetişmək üçün yürütmək istədiyi fikrindən biri də budur ki, Qafqazı əsləhər ki edib, burada bir keyvan möhkəmləşib üzüyuxari bolşeviklərə qarşu müharibə hərəkatı açsinlar.

Bunların bu fikri Qafqaz cümhuriyyətlərinin istiqlalını təhdid edən qorxulu bir qüvvətdir. Bu qüvvətə qarşu təklikdə degil, birlik ilə qalxıb ümumi bəlanı ümumi qüvvətlə rədd etmək lazım gələcəkdir.

Lakin bizi böyük əndişıyə salan iştə bu Rasiyadır ki, gürcülər və dağıstanlıların bu qara qüvvətlə olan təmasla məmləkətlərin kənarı olan hüdudlarında olduğu halda biz azərbaycanlılar bunları öz içimizdə görürük. Baku dabrovolski armiyanın təhşid yeri olmuşdur. Burada partiyamız asudə və aşkar olaraq kəmal-kərəmi ilə qoşun təşkilatı əmələ gəlir. O qoşun ki, ehtimal bir (....) qarşı əməliyyatını gürcülər kibi kənar hüquqdadır degil, bəlkə başımızdan başlayacaqdırlar. Biz bu təhlükəyə qarşu heç bir tədbirə təvəssül etməgib də paytəxtimizin küçələrində özgə qoşununun gəliş-gedişinə, manevralarına, paradlarına öylə bir adi nəzərlə baxırıq ki, guya bu görünüşlərdə, nümayişlərdə bizim üçün bir təhdid və bir təhlükə olduğunu xəyalımıza boylə gətirmirik.

Halbuki paytəxtləri küçələrində öz qoşunları əvəzinə özgə qoşunu görən və o qoşun əhlindən əksəriyyətinin mart hadisatı "qəhrəman"ları olduğunu görüb-tanıyan və politika "hökumətlərindən" bir o qədər də xəbərdar olmayan əhali təşviş və həyəcana gəlib busrən faş edilməsini arzu edirlər.

Məsələ hər bir barədə böyük məsələdir. Bunun müzakirəsi də, həlli də xüsusi bir şərait üzərilə keçmək məcburiyyətini iqtiza edər. Zira, bu işdə yəni dobrovolski armiya təşkilatı fikri başında duranların ingilislərdən və bilümum müttəfiqlərdən müavinət və kömək və hər halda rəğbət o hüsni-təvəccöh ümidində olduqları bizə məlumdur. Özləri də bir dərəcəyə qədər bu ümidlərində əsaslıdırlar. Zira Rusiyanı diriltmək fikri müttəfiqlər tərəfindən dəxi dəfələr ilə bəyan edildiyi kibi, bolşevikləri süqut etmək qəsdi dəxi onların proqramlarına daxil olan bir əmrdir.

Qafqazda olan müttəfiqlər nümayəndələri, Qafqaz millətlərinin müqəddəratı Paris Sülh Konfransında həll olunana qədər, Dağıstanda dağıstanlıların, Azərbaycanda Azərbaycan türklərinin, Gürcüstanda gürcülərin, Ermənistanda ermənilərin müstəqil bir cümhuriyyət surətdə yaşamalarına razı oldular və bunu rəsmən və felən isbat etdilər. Bu gün bizi son dərəcə maraqlandıran odur ki, görün dabravolski armiya təşkilatının qafqazlılara qarşu düşmənanə olduğu Soçi hadisəsilə isbat edilən məqsədlərinə ingilislər və bilümum müttəfiqlərinə nəzərlə baxırlar. Bu nəzəri bilmək işində parlamanımız və hökumətimiz təşəbbüsata girişməlidirlər.

Paytəxtimizdə asudəlik ilə təhəşşüd edən özgə qoşununun görüş və nümayişləri qeyri-təbii bir əmr olmaqla gözlərimizi heyrətləndirməkdən daha artıq qəlbimizi təşviş və əndişələr ilə doldurur.

Bunun üçündür ki, bu işə tezlik ilə diqqət yetirilib, həyəcanımızı sakit edəcək və ya başımıza çarə qılmaq əmri qarşında olduğumuzu aşkar edəcək məlumat almağa əşədd ehtiyac hiss edirik.

Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 92-93.