Üzeyir Hacıbəyli

Üzeyir musiqi gününün keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Dahi Azərbaycan bəstəkarı, Azərbaycan milli operasının banisi, böyük musiqişünas-alim, publisist və pedaqoq Üzeyir Hacıbəyovun Azərbaycan musiqi sənətinin inkişafında misilsiz xidmətlərini nəzərə alaraq, böyük sənətkara xalq ehtiramını və məhəbbətini təcəssüm etdirmək məqsədilə qərara alıram:

1.   Hər il sentyabr ayının 18-də Üzeyir musiqi günü keçirilsin.

2.   Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə tapşırılsın ki, hər il sentyabr ayının 18-də Üzeyir musiqi gününün keçirilməsini təmin etsin.


Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 sentyabr 1995-ci il.
                    № 385