Üzeyir Hacıbəyovun 120 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2005-ci ilin sentyabr ayında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun anadan olmasının 120 illiyi tamam olur. Azərbaycan musiqi mədəniyyətinin, dramaturgiyasının və publisistikasının inkişafında misilsiz xidmətləri olan Üzeyir Hacıbəyovun 120 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Bəstəkarlar İttifaqı ilə birlikdə Üzeyir Hacıbəyovun 120 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti üzeyir Hacıbəyovun ev-muzeyinin əsaslı təmir olunmasını təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 fevral 2005-ci il
№ 647
