Bir sual münasibətilə
Keçən parlaman iclasında əzalardan bir qrup tərəfindən hökumətə, daha doğrusu, ədliyyə nazirinə verilən sual, şayani-heyrət və mucibi-təəssüf bir vəqəyə aid idi ki, “sensasiyon” mahiyyətini haiz bir keyfiyyət olduğunu hər kəs iqrara məcburdur.
Cümhuriyyətimizin məvai-ədl və məlcai-həqq olmaq hissiyyatilə nəzahət və qüdsiyyətinə inanılması lazım gələn ali bir müəssisənin, həqq və ədalət divanının, yəni məhkəməsinin müstəxdimindən, günahkarların günahı, mücrimlərin cürmini, canilərin cinayətini həqq və ədalət tərəfilə isbata müvəzzəf olan bir böyük üzvi-müddəi ümumisi, üzərinə tovdi edilmiş məqami-alisini ləkədar edən alçaq bir felə irtikab etmiş, rüşvət almışdır...
Adam öldürmək bir cinayət olduğu kimi, rüşvət almaq dəxi bir cinayətdir. Onun da, bunun da qanuna görə cəzası vardır. Fəqət ümumiyyət üzrə rüşvətxorluq cinayəti, qətl cinayətindən yüngüldür, çünki burada can qəsdi yoxdur, mal qəsdi vardır “malım cəhənnəm, canım sağ olsun” deyənlər canlan alınmamaq üçün bütün mallarım verməyə razı olmaqla canın maldan əziz olduğunu bildirirlər. Əksəriyyət dəxi bu fikrə şərik olduğundan adi qətl cinayətinin cəzası, rüşvətxorluq və hətta qarət cinayətinin cəzasına nisbətən çox ağırdır.
Deməli, adam öldürmək rüşvətxorluqdan və qarətdən bəd- tərdir. Fəqət əgər Azərbaycan məhkəməsinin müddəiyi-ümumisi rüşvətxorluq cinayəti əvəzinə, qətl cinayətinə mürtəkib olmuş olsa idi, bu vaqeənin acılığı bugünkü kimi bir bu qədər müəssir və müəssif olmazdı. Hətta bu müddəiyi-ümumi qarət qəsdilə də bir qətl cinayətinə irtikab etmiş olsa idi, bu keyfiyyət ancaq əcayib və qərayib qəbilindən “məzəli” bir şey olub eşidənləri güldürərdi, halbuki müddəiyi-ümuminin rüşvətxorluq olması gülmək deyil, ağlamağı mucib ola biləcək alçaq və dərgahi-ədl və həqqı alçaqlardan qüdsiyyət və paklığını murdarlayan əhali arasındakı etibarını məhv, xalqın ədalət və həqqa, niyyətə olan etiqadını pozan, imanını rəxnədar və qəlbinə ədl və həqqa qarışı şək və şübhə ilqa edən ən pis və fəna bir əməldir.
Polis məmurlarının rüşvətxorluğundan şikayət edən əhalini sakit və tətmin etmək üçün bu məmurları irtikab etdikləri cinayət üzərinə məhkəməyə cəlb ediyoruz. Axırda nə olur? Bu cinayətləri təhqiq və isbatə müvəzzəf olan məhkəmə əzasının özü eyni cinayətə mürtəkib olur... Dövlətimizin əsasına rəxnə vura bilən bu müvəssif və küdurətamiz keyfiyyət vətənimizin sadiq övladını və cavan cümhuriyyətimizin səmimi xeyirxahlığım təbiidir ki, hüznəngiz fikirlərə salacaq və dərin kədərlərə düçar edəcəkdir...
Vaqe olan sual üzərinə ədliyyə naziri həzrətləri kafi cavab və lazım olan bəyanatı verdilər.
Sual sahibləri bu cavab və bəyanatdan razı qaldıqlarını izhar etdilər.
Əlbəttə, nazir həzrətləri mərqum müddəiyi-ümuminin (prokurorun) rüşvətxor bir adam olduğunu əvvəldən bilmiş olsaydı, onu nəinki prokurorluğa, bəlkə heç bir iş başına keçirməzdi. Müddəiyi-ümumilik kimi ali və təmiz bir məqami işğal etməyə razi olan bir adamın natəmizligindən şübhələnmək dəxi müşküldür. Pristavlıq, qayimməqamlıq, qubernatorluq və sair bu kimi məqamlara rüşvət mənbəyi nəzərilə baxan ola bilər və olur da. Fəqət müddəiyi-ümumilik məqamını dəxi o mənbə cümləsinə hesab edənlər xatirə boylə gətirmiyorduk. Çünki o məqamın hər yerdə və hər bir məmləkətdə öylə bir ləkələrdən ari və təmiz olduğuna qane idik...
Hər halda kədərimiz nə qədər böyük olsa da bədbin olmamağa hacət yoxdur. Cümhuriyyətimiz cavandır, binaən əleyh adam tanımaq təcrübəsi hələ çox azdır. Qoy bu adamlər, bu məmurlar və hökmlər silsiləsi bir-bir “məhək daşı”ndan sürtülüb keçsinlər. Kimin xalis qızıl (altun) və kimin qəlp və saxta olduğunu ancaq bu yol ilə təyin etmək mümkündür.
Rüşvətxorluq məni üçün ağır cəzalar təyini luzumundan bəhs edənlər tərəfdarı deyilik. Cəza qorxusu üzərinə rüşvət almayanlar dəxi bizcə rüşvətxordurlar. Rüşvətxorluğun fənalığına qorxu sayğısilə deyil, qənaəti-vicdaniyyə təriqilə hökm verməlidir. Lakin zənn edilməsin ki, rüşvətxor məmur, məmuriyyətindən əzl edilmək kimi bilinibsə yüngül bir cəzaya uğradıqdan sonra bir kənara çəkilib də almış olduğu rüşvəti rahatcasına yeməyə məşğul olaçaqdır? Biləks, cismani cəzası bu qədar yüngül olan bu şəxs mənaən ən böyük bir cəzaya məhkum edilmiş olacaqdır. Ən böyük cəza hansıdır? O cəza edam cəzasıdır. Əvət!
Bu adam artıq öləcəkdir. Məmləkət və cəmaət üçün onun varlığı, onun yoxluğuna müsavi olacaqdır. Məmləkət içində cəmaət arasına çıxmağa üzü olmayan, həyasızlığına salıb çıxsa boylə nifrət və istikrahla qarşılanacaq olan bu adam vaqeən mənəvi bir edama məhkum edilib, cəzai- səzasinə çatacaq və aldığı rüşvət də ona haram olacaqdır.
Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 253-255.
