Üzeyir Hacıbəyli

İlk söz

Azərbaycan xalq musiqisi əsaslarının öyrənilməsi Azərbaycan musiqi sənəti¬nin daha artıq yüksəlişi üçün çox əhəmiyyətli olmaqla bərabər, musiqişünaslıq sa¬həsindəki elmi tədqiqat və musiqi nəzəriyyəsi işlərinin də mühüm bir cəhətidir.

Azərbaycan xalq musiqisi nəinki yalnız azərbaycanlılar tərəfindən anlaşılıb sevilir, o bir çox xalqların qəlbinə yol aça bilir. Bu musiqi xüsusilə Zaqafqaziya və Orta Asiya xalqlarına daha yaxındır. Ona görə Azərbaycan musiqi sənətinin əsas məsələlərinin, onun qayda-qanunlarının tədqiqi və öyrənilməsinin çox aktual əhə¬miyyəti vardır.

Mən Azərbaycan xalq musiqisinin əsaslarını öyrənmək işinə 1925-ci ildə baş¬lamışam. Seçdiyim bu mövzuya dair nə bir ədəbiyyat, nə xüsusi elmi əsərlər, nə də başqa bir vəsait olmadığına görə mən ancaq öz şəxsi müşahidələrim, apardığım diqqətli tədqiqatın nəticələrinə və Azərbaycan xalq musiqisinin bütün nümunə və formalarının dərin təhlilinə əsaslanmağa məcbur oldum.

İllər boyu gördüyüm iş prosesində əldə etdiyim nəticələrin düzgün olub-olma¬dığını yoxlamaq məqsədilə mən müəyyən vaxtlarda musiqişünaslar və Azərbay¬can musiqisini yaxşı bilən şəxslər arasında elmi-mübahisəli səciyyədə məruzələr etmişəm; bu məruzə və mübahisələrdə məqsədim əldə etdiyim nəticələrin və Azərbaycan musiqisindəki əsas cəhətlərə dair bu və ya başqa məsələnin həlli üçün gətirdiyim dəlillərin əsassız olduğuna məni inandıra biləcək əleyhdarlarla qarşılaş¬maq idi.

Məruzələrimdə mən Azərbaycan məqamları səsqatarlarının ciddi konsekvent (kvarta quruluşu, kvinta quruluşu, kiçik və böyük sekstalar quruluşu) bir qanun üzrə qurulub mütənasib sistemdən ibarət olduğunu izah etdikdə bu bəzi musiqi¬çilərə süni və uydurma bir şey kimi gəlirdi. Lakin mən irəli sürdüyüm məsələlərin doğruluğunu Azərbaycan xalq musiqisi nümunələri ilə isbat edirdim.

Azərbaycan məqamlarında musiqi bəstələmək qaydaları (bu kitabın II hissəsi) haqqında verdiyim məlumatı yoxlamaq üçün, bu məlumata əsasən, həmin məqam¬larda musiqi yazmağı bəstəkarlara təklif etdim, yazılmış musiqi əsərləri mənim şərh etdiyim qaydaların bütün təfərrüatına qədər doğru-dürüst olduğunu göstərdi.

Bu əsərdə şərh olunan bütün qayda-qanunlar illər boyu davam edən və dəfə¬lərlə yoxlanmış dərin tədqiqat və təhlilin nəticəsidir.

Mənim bu əsərim Azərbaycan xalq musiqisinin əsas cəhətlərini öyrənmək üçün nəzəri bir vəsait və Azərbaycan məqamları əsasında musiqi yazan bəstəkar-lara yaradıcılıq köməyidir.

Ümidvaram ki, bir elmi əsər olaraq bu kitabda musiqi elmi xadimlərinin diq¬qətini aşağıdakı maraqlı, mühüm məsələlər cəlb edəcəkdir:

1)səsqatarlarının qurulmasında kvarta, kvinta və seksta konsekventliyi;

2)artırılmış sekundanın əmələ gəlməsi;

3)tetraxordların yeni növləri;

4)tetraxordların dörd birləşmə üsulu.

Zənnimizcə, bu göstərilənlərin hamısı musiqi elmi üçün müəyyən bir əhəmiy¬yətə malikdir və qədim xalqların əməli musiqisindən izlər qalmadığı üçün bunlar həmin xalqların musiqisini öyrənmək sahəsində həll olunmamış məsələləri aydın¬laşdırmağa kömək edəcəkdir. Yuxarıda göstərilən müddəalar isə bilavasitə əməli Azərbaycan xalq musiqisindən çıxarılmış nəticələrdir.

Azərbaycan xalq musiqisinin əsaslarını öyrənmək sahəsindəki işimin, bir bəstəkar olaraq, mənim üçün əməli əhəmiyyəti o oldu ki, mən "Koroğlu" operasını yazdım.

Azərbaycan xalq musiqi sənətinin əsasını təşkil edən ciddi qanun-qaydalar (mən öz operamı yazarkən bunları əsas tutmuşam) nəinki mənim yaradıcılıq qayəmə məxsus həyəcan və meyilləri boğdu, əksinə, bu qanun-qaydalar bir bünövrə olaraq azad yaradıcılıq fantaziyasının geniş üfüqlərini aydın işıqlandırıb mənə daha artıq cəsarət verdi.

Sərbəst qurulmasına və musiqi fakturasının mürəkkəb olmasına baxmayaraq, "Koroğlu" operası Azərbaycan dinləyicilərinə Azərbaycan xalq mahnı və melodi¬yalarını eynilə təkrar edən bəzi əsərlərdən daha yaxşı çatır, çünki "Koroğlu" ope¬rası xalqın doğma musiqi dilində yazılmışdır.

Azərbaycanlı olmayan dinləyicilərin "Koroğlu" operasına böyük diqqət ye¬tirməsi o deməkdir ki, bu operanın milli xüsusiyyətləri nəinki onu başqa xalqlardan təcrid edir, əksinə, bunlar operanın beynəlmiləl əhəmiyyətini daha aydın göstərir.

Ana torpaqdan ayrı düşən Antey vəziyyətində qalmamaq üçün xalqdan ayrıl-mamaq lazımdır. Bu göstəriş bəzən öz yaradıcılıq vəzifələrinə subyektiv yanaşan və xidmət etməli olduqları xalqı unudan bəstəkarlara da, təəssüf ki, aiddir.

Hacıbəyli, Üzeyir. Xalq musiqisinin əsasları.- Bakı, 2019.- S. 14-16.