Nəyə çalışalım
Yevropa sülh konfransına göndərmiş olduğumuz mürəxxəslərdən hərdəm bir alman məlumatdan boylə görünür ki, sabiq Rusiya dövlətindən ayrılmış və elan istiqlal etmiş millətlər məsələsinə hələlik baxılmaqdadır. Bu məsələ ümumrusiya məsələsilə əlaqədar olduğundan təbii o məsələ sırasında baxılacaqdır. Sonraya gəldikdə görünür ki, sülh konfransı əvvəl-əvvəl məğlub dövlətlər məsələsilə məşğul olub axırda qalib dövlətlərin paylaşmaq və hesablaşmaq işinə keçəcəkdir. Məğlub dövlətlərdən Almaniya Avstriya və Bolqariya haqqında sülh konfransı öz qərarını təyin və məlum etmişdir. Bugünki sırada Türkiyə məsələsidir ki, bir tərəfdən Türkiyənin aləmi-islam nəzərində haiz olduğu mövqe və digər tərəfdən Yevropa dövlətlərindən hər birinin bu məsələnin o və ya bu tövr həlli ilə əlaqədar olan mənafeinin bir-birinə ziddiligi bu Türkiyə məsələsini həlli müşkül bir vəziyyətə salur.
Bu müşkül məsələdən başqa süqh konfransı qarşusunda digər bir məsələ dəxi var ki, onun həlli çox çətindir. Bu da Rusiya məsələsidir.
Əvvəla bu gün “Antanta” tərəfindən tanınmış bir Rusiya yoxdur. Bolşevik Rusiyası Yevropaca tanınmıyor. Kolçak və Denikin Rusiyası ilə müəyyən və məlum degildir. Deməli, “Antanta” tərəfindən qəbul ediləcək bir Rusiya meydana çıxmıyınca, sülh konfransı qarşısında Rusiya məsələsi ərz vücud edə bilməyəcəkdir. Binaən əleyh istiqlal elan etmiş millətlər məsələsi də əgər Rusiya məsələsilə əlaqədarlığı baqi qalarsa, yəni xüsusi bir məsələ şəklinə girməzsə, hələlik bağlamıyub qalacaqdır.
Fəqət hər halda bundan oylə bir nəticə çıxarmamalıdır ki, Yevropa dövlətləri sabiq Rusiya toprağında elan istiqlal etmiş olan millətlərin müqəddəratına, halına siyasi və iqtisadi əhvalına hələlik bir nəzər belə atmağ istəmiyorlar. Biləks, ingilislərin, fransızların, italyan və amerkanlıların Qafqaza gəlib də buradaki cümhuriyyətlərlə əlaqələr peydasına girişmək təşəbbüslərindən aşkardır ki, bu dölətlərdən hər biri, gələcək məsələlərin həllindəı öz mənafelərini təmin etmək üçün indidən işə vüquf yetirmək, mənafeləri nöqteyi- nəzərindən məsələdən kəmalınca xəbərdar olmağ, məsələnin müsbət və mənfi surətdə həllindən yəni, arzularımızın rəd və ya qəbulunda nə zərər və nə mənfəət hasil olacağını bilmək istəyirlər.
Əlavə bu millətlərin istiqlal elanına bir əmr vaqe kimi tələqqi,. hətta müamilə və münasibətlərini müstəqil dövlətlərə yaraşan bir rəsmiyyət üzrə icra ediyor və hər halda nə üçün elan istiqlal ediniz, -deyə məzəmmət və təkdir etmiyorlar.
Biləks, istiqlalın qəbul və təqviyyəsinə kömək edəcəklərini vəd ilə ümidlərimizi artırıyorlar.
Buna görə bu gün bizə lazım olan o degil ki, sülh konfransının bizi rəsmən təsdiq edəcəgi intizarilə boş oturub da növbətimizi gözləyək. Biz bu yoldakı səy və təlaşımızı işin bu cəhətinə sərf etməliyik ki, Yevropa dövlətləri bizim məsələmizi Rusiya məsələsi ilə əlaqədar etməyib xüsusi və müstəqil bir məsələ şəklində qəbul və öyləliklə də məsələnin həllinə ibtidar etsinlər.
Bu məqsədə nail olmaq üçün o iş ki, məhləndə lazımdır, onu burada görürük və boylə də müvəffəqiyyətlər dəxi qazanırıq. Boylə ki, vətənimizə gələn Yevropa nümayəndələri cühuriyyətlərimizi mükəmməl, müntəzəm, qanun və qaydalı əmnü-asayişli, nəhayət, qoşunlu və qüvvətli bir dövlət halında görüb, müstəqil yaşamağa nə dərəcə haqlı olduğumuzu rəsmən olmasa da əqlən və qəlbən təsdiq ediyorlar. Əlavə bizimlə əlaqə bağlamaq, iqtisadi və ticarəti münasibətə girişməgə dəxi nə qədər mail olduğlarını aşikara bildiliyorlar. İndi lazım olan budur ki, Yevropanın nəinki yalnız bir məhafili-siyasiyəsi, bəlkə cəmaəti və cəmaətin irayi ümumisi dəxi bizim istiqlal məsələmizə laqeyid qalmayıb, hamımıza marağ yetirsinlər və bu əmr-vaqc səthi bir nəzərə layiq, əhəmiyyətsiz bir vəqə kimi baxmayıb ciddi və dərin bir nəzər yetirsinlər və müstəhəqq istiqlal olduğumuzu degil, yalnız bir “teoretik” bəhslərlə, bəlkə coğrafi vəziyyətimiz, etnoqrafı xüsusiyyətimiz və baxüsus, yevropalılan pək maraqlandıran ekonomi halımızla dərk və təsdiq etsinlər. Bu yolda, baxüsus, Fransa əfkari-ümumiyyəsinə icra təsir elməgə çalışmaq lazımdır, çünki bu məsələyə hamıdan az əhəmiyyət verən məsələni Rusiya müqəddəratı ilə sıxı bir əlaqə görən fransızlardır.
Bu iş isə, yəni Avropa və bilxassə Fransa əfkar ümumiyyəsinə icrai-təsir etmək işi Parisdə oturan mürəxxəslərimizin vəzifəsidir.
Biz Parisdəki mürəxxəslərimizə sifariş etməliyik ki, sülh konfransının təsdiqi intizarına sərf edilən vaxtdan istifadə edib də buraya əfkar ümumiyyəsindən təsdiqnamə almağa çaluşsınlar.
Əgər buna müvəffəq olarlarsa, o halda sülh konfransının bizi qəbul edəcəgindən təmin edilmiş oluruq.
Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 223-225.
