Üzeyir Hacıbəyli

Böhran dolayısilə

Bizdə kabinə böhranının müzmən bir hal kəsb etməsi və hər böhranın uzun bir müddət çəkməsi bir çoxlarını işlərdən lazımınca vüqufləri olmadıqlarına görə marağa salıb neyçun boylə oldu, neyçün öylə oldı deyə bir çox suallar verməgə və o suallara şafi cavab aramağa məcbur edir.

Vaqeən Gürcüstanda və Ermənistanda təşəkkül etdikləri gündən bəri bir böhran vaqe olduğunu xatırlamiyoruz, halbuki müddəti təşəkküli bunlardan olan Azərbaycanda beş-alti böhran keçirdik və halə böhran içindəyik.

Bu böhranın adi bir səbəbi vardır. Gürcüstan və Ermənistanda hökumətə etimad edib müzahirət göstərən əksəriyyət yekrəngdir və hökumət ozü də o əksəriyyətin intisab etdigi firqənin əzalərindən mütəşəkkildir. Məsələn, Gürcüstan hökuməti sosial-demokrat firqəsinə mənsubdur. Bu hökumətə keçən parlamanda və bugünki məclisi-müəssəsanda müzahirət göstərən əksəriyyət dəxi eyni sosial-demokrat firqəsidir. Hakəza Ermənistanda hökumət daşnak partiyasına mənsub olub, müzahirət göstərən parlaman əksəriyyəti dəxi daşnaklardan mütəşəkkildir.

Azərbaycanda isə öylə degildir. Əvvəla, hökumət firqəlik cəhətindən yekrəng deyildir və məlum olduğu üzrə müştərəkdir. Yəni hökumət əzaləri müxtəlif firqələrə mənsubdur. Yalnız bir “İttihad" partiyasından hökumət içində əza yoxdur. Boylə olan surətdə lazım gəlirdi ki, yalnız bir “İttihad” partiyası xilafgirlikdə (apazisiya) qalmağa, yerdə qalan fraqsiyalar ki, kabinəyə şərikdirlər hökumətin müzahiratına istinad edəcəyi əksəriyyəti təşkil edə idilər, əvvəllərdə öylə də oldu. Lakin sonradan “Sosialist” və “Əhrar” fraksiyaları tərəfindən əmdən və səhvən vaqe olan dönüklük hökumətin müzahirət istinadgahını rəxnədar etdi, yəni hökumətə müzahirət göstərən qism yalnız bir “Müsavat”dan ibarət qaldı. Bunun üzərinə hökumət istefaya məcbur oldi.

İş bundadır ki, parlaman əksəriyyətinin müzahirəti olmazsa, hökumət öz məqamım möhkəm ədd edə bilməz. Yəni hökumət özünü “tikan üzərində oturmuş” bir mövqedə hiss edib hər işində tərəddüd göstərməyə məcbur olar. Gördigi tədbirlərin düzlətdigi layihə qanunların təqib etdiyi siyasətin qarşısında məsul olduği parlamanın qəbul və təsvib edib etməyəcəgini əksəriyyət müzahirəti olmadığına göm təxminə qadir olmayan hökumət nə tövr iş görə bilər və boylə bir hökumət vücudi nəyə lazım olar?

Ona görə hökumət təşkilini üzərinə götürmüş olan zatən çalışdığı təbii o yolda olacağdır ki, başında durduğu hökumət parlaman əksəriyyətinin müzahirəti tərəfindən təmin edilmiş olsun.

Fəqət bu zatın digər bir arzusu dəxi vardır. O da təşkil etdiyi hökumətin içinə daxil olacaq əzalərin həm özləri şəxsən və həm də bunlara tovdi ediləcək portfel təqsimi o zatın ki, rəis olacaqdır, məramına müvafiq gəlsin. Bu da təbii bir arzudur. Rəis müvafiq bilmədiyi bir adamin öz tərəfində isbat və cud etməsinə razı olmaz o səy edəcəkdir ki, özünün təht rəyasətində işləyəcək olan adamlar rəisin proqram yürütməginə xələl yetirməgib biləks kömək etsinlər.

İştə buna görədir ki, bizdə böhran bu qədər uzun çəkir. Parlamanımızda bir fraksiya yoxdur ki, təklikdə əksəriyyət təşkil edə bilsin. Öylə bir fraksiya mövcud olsa idi, hökumət əzaləri dəxi eyni fraksiyadan mənsub olduğu firqədən təşkil edib əksəriyyət tərəfindən dəxi təmin edilmiş olardı. Gürcüstan, Ermənistan kimi təklikdə əksəriyyət təşkil edə bilən fraksiya olmadığına görə əksəriyyət təşkili üçün bir neçə firqəsinin iştirakı lazımdır, bunun hüsuli üçün də bu fraksiyalar arasında etilaf və müvafiqət əqdi iqtiza edər. Müvafiqət üçün dəxi o tərəfin və bu tərəfin ikilikdə bir şeyərazı olmaqları istəniliyor.

Bu günə qədər firqələrin hamısının razı oldıqları bir şey varsa o da Nəsib bəy həzrətlərinin vükəla rəisliginə intixab edə bilməsidir. Buna hamı razıdır. Lakin məsələni uzadan və böhran içində bir böhran yaradan fraksiyaların portfel təqsimi işinə qarışmalarıdır. Parlamentarizm məntiqicə iş boylə olmamalı idi. Madam ki Nəsib bəyə etimad edilib də kabinə təşkili ona həvalə olundi, o halda portfel təqsimi əmrini də ona tapşırmalı idi. Lakin nədənsə bu məntiq unuduldu məntiqsizlik olaraq Nəsib bəyə bir tərəfdən etimad edildisə də, digər tərəfdən edilmədi. Bunun üzərinə idi ki, Nəsib həzrətləri kabinə təşkili əmrindən imtina etməgə məcbur olmuşdu. Çünki məramına müvafiq olmayan bir heyətə rəislik etmək mümkün iş deyildir. Mümkün olsa da rəisin mənası olmaz “yalançı pəhləvanlar” məsəlində nüfuz və heysiyyətsiz bir şey olar ki, rəsmi gümüşdən başqa özgə bir mənisi qalmaz. Əlbəttə, boylə bir hökumət təşkili heç bir kəsi xoşnud edə bilməz.

İştə bu mülahizələrdən dolayıdır ki, kabinə böhranı bir bu qədər uzun çəkir.

Lakin bunlar hamısı böhran davamının zahirdə olan təxniyyət cəhdləridir? Bunun digər bir ətəni cəhti dəxi var ki, o da firqələr arasında mövcud olan cidal siyasidən nəşət edən firqəvi mübarizədir ki, bunun şərhi ikinci bir məqaləyə möhtacdır.

Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 256-258.