Ordan-burdan: [Əşar]
Bəli, doğru deyirlər ki;
Minmə, minmə, minə bilməzsən
Tünddür fələyin atı!
Döymə, döyə bilməzsən, bərkdir fələyin matı
Dəymə, nə işin var? Görsən bu lütülatı ki,
Onsuz da hər əli dinc durmayan salır bunların boynuna uzun bir çatı.
* * *
Yıxma, yıxa bilməzsən, bərkdir fələyin damı!
Pozma, poza bilməzsən, bərkdir fələyin namı! Püf etmə, edə bilməzsən, keçməz fələyin şamı!
Əl çək sən allah, da bəsdir qoy, işin görsün bu adamı.
* * *
Tökmə, tökə bilməzsən, çıxmaz fələyin qanı, Üzmə, üzə bilməzsən, bərkdir fələyin canı!
Etmə, edə bilməz, heç zad fələyin qanı.
Bəs deyirdin ki, cəmi aləm mənim əlimdədir, hanı?
* * *
Çəkmə, çəkə bilməzsən, bərkdir fələyin yayı, Keçmə, keçə bilməzsən, gendir fələyin çayı.
Tutma, tuta bilməzsən, çoxdur onların sayı.
Nahaq yerə bağlatma, vallah, bağlada bilməyəcəksən. Vardır yenə onun tayı.
Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 353.
