Üzeyir Hacıbəyli

Kəndçilərimizə dair

Neçə vaxtdır ki, Dövlət dumasında aqramıy vopros deyilən kəndçi və yer məsələsi müzakirə olunmaqdadır. Sair vəkillər, kənd əhlinin özündən seçilmiş vəkillər ilə bərabər, bu məsələ üstündə danışıb rus dəhat əhlinin ağır olan dirilik və məişətini yüngüllətmək üçün buna müvafiq qanunlar və qaydalar qoyulmasını tələb edirlər. Daha doğrusu rus dəhat əhlinin ikinci və həqiqi xilas və nəcatını hasil etmək istəyirlər. Rus dəhat əhlinin birinci "nəcatı" imperator Aleksandr saninin əsrində fevralın 19-da 1861-ci sənədə vaqe olmuşdu. Lakin bu nə "Nəcat" idi?! Hökumət kənd əhalisini zalım mülkədarların əlindən xilas edib öz istibdad cəngalma salmışdı və kəndçilərə zərərdən səva heç bir nəf gətirməmişdi. Böylə ki, əgər kəndçilər Sədinin sözlərini yad edib desə idilər:
                                                                                  Ke əz çəngale-korgəm dər rebudi,
                                                                                  Çe danəm aqebət görgəm to budi.
səza və şayəstə olardı. Kəndçilər isə bu sözlərin özlərini demədilərsə də mənasını qövlən və felən hökumətə bildirdilər. Hürriyyət fəda- vilərindən kəndçilər qeydinə qalanlar orada-burada kəndçilər arasında deyib-danışıb hökumətin kəndçilərə olan zülmünü qandırdılar. Kəndçilər isə bütün bədbəxtliklərinin başı nerədə olduğunu anlayıb etiraz etdilər. Yəni iğtişaş və şuriş salıb kəndçi və yer (aqramı) məsələsini meydana çıxartdılar. Bu halda yalqız bu məsələ hökumətin böyük vahiməsinə səbəb olmaqdadır. "İxtiyar ver!" İştə, bu sözlərdir ki, rus rəhat əhli öz vəkilləri ilə bərabər onun üstündə qaim durub, hökuməti qısnayıbdırlar...
İndi keçəlim bizim öz kənd əhalimizə. Rusiyada heç bir millət yoxdur ki, biz müsəlman kimi xar və zəlil olmuş ola və həmçinin, heç bir sinif yoxdur ki, bizim kəndçi sinfimiz kimi, hüquqi-mülkiyyə və milliyyə o yanda dursun, hüquqi-insaniyyədən məhrum olub, həqiqi məzlum adını gəzdirməyə layiq olmuş ola! Əgər bir sahibi-vicdan bizim kənd əhalimizin əhval və ovzama layiqincə aşma olsa, bizim sözümüzü heç bir halda mübaliğəli ədd etməz. Bizim kənd əhalimiz oylə, bir hala qalıbdır ki, hər bir tərəfdən narəva münasibətlərə, zali- manə rəftar və hərəkətə səbr və təhəmmül etməyə məcburdur. Kəndçilərimizin güzəranını kəsib də diriliyini təhəmmülfərsa edən neçə- neçə səbəblər vardır.
Əvvəla hökumətin zülmü... O zülm ki, bütün rus dəhat əhli (bila- təfriqi-millət) onun altında əzilib əriyirdi, o zülm ki, əlhal, rus dəhat əhlinin qiyaminə səbəb olubdur kənarda dursun, hökumətin bizim kəndçi sinfindən ötrü hazırlanmış xüsusi zülmləri dəxi vardır ki, bu zülmlər knyaz Qolitsinin zəhərli politikasınm nəticəsi olaraq, o zamandan indiyə kimi davam etməkdədir. Qeyri millətləri görmək də istəməyən bu knyaz bütün Qafqaz ölkəsinin əhalisini və baxüsus, kənd əhalilərini oylə bir ağır şərtlər içində buraxmışdı ki, yazıq kəndçi nəfəs belə ala bilmirdi. Qafqaz əhalilərinin dolanacağından zərrə qədər də xəbərdarlığı olmayan rus məmurlarını təyin edib də bu zalım hakim polis istirajası təşkili ilə öz cövr və cəfasını son dərəcəyə çatdırdı. Bəy pulu ilə dolanıb da rəiyyət qanını içən bu strajniklər indiyə kimi hökm sürüb də Qafqazın kəndçi hissəsini bilamümaniə və mühakimə dağıdır, viran edirlər. Əlbəttə, qonşu kəndçilərimiz öz millətpərəstlərinin təşviqat və tovzihatı sayəsində öz xeyr və şərlərini, dost-düşmənlərini anlayıb və hər bir məmurun dairəyi-ixtiyaratını bilib, bu halda hər bir məmurun ixtiyarından artıq iş görməsinə qarşı etiraz və protest edirlər. Bizim bədbəxt kəndçilərimiz isə heç bir şeydən xəbərdar deyildirlər. Onlardan ötrü hamı sahibixtiyardır və sahibixtiyarların ixtiyaratmm hədd və hesabı yoxdur. Qubernator, naçalnik, pristav və strajnik bizim kəndçilərimizin üstündə ağa olub, bu bədbəxtlərin başına hər nə qədər pislik gətirsələr caizdir, çünki külli ixtiyar sahibidirlər!
Bu gün bir allahsız strajnik istəsə qabağına çıxan kəndçini lap arxayın öldürə bilər və bir kəs bundan sorsa ki, nə üçün bu kişini öldürdün, cavabı-şafi verər ki, oğurluq edirdi, ya yol kəsirdi...
Əgər durub polis məmurlarının nə baxüsus strajniklərin müsəlman kəndçilərinə rəva gördükləri zülm və sitəmi bir-bir yazasan hər sahibi- dil oxuyub, qan ağlar, o surətdə müsəlman kəndçilərinin də quldur olub yol kəsməyi, adam öldürməyi heç bir kəsə təəccüblü və vəhşiyanə görünməz. Bəzən binəva kəndçi strajnik gözünə görünməyib, əlinə düşməmək üçün qaçıb quldur olmağa razıdır. Bu cəllad ürəkli strajniklərin azğınlığı əksər ovqat o dərəcəyə qalxır ki, kəndçinin əhl və əyalına əl uzadıb ismət və namus pərdəsini də yırtmağa cəsarət edir.
Lakin nə deyirsiniz, görünür ki, hökumət nəzərində kəndçilərdən ötrü yalnız bir strajnik zülmü azımış. Ona görə, strajniklərin baqi qalması ilə bərabər vəhşilik və dürəndəlikdə strajniklərin də ikiqat mahir olanları dəxi kəndçilərin canına müsəllət etmək lazım gəlibdir. Odur ki, əlan Qafqazın hər yeri qazaq dəstələri ilə doludur. Qazağın da kim olub-olmadığı bir Qafqaz deyil, Rusiya deyil, bütün aləmə əyandır...

                                                                                                                                              Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 229-230.