Ordan-burdan: [Əlfitnətü naümmətü lənulla ey qəzəha]
Fitnə yatıbdır, Allah lənət eləsin onu oyadana. Nə gözəl söz və nə gözəl qarğış.
Bu gün, aramızda fitnəyə - provokasiya və fitnəçiyə də provokator deyirlər.
Çox heyiflər olsun ki, bizim içimiz belə fitnəçi və provokatorlardan təmiz deyildir və biz indiyə qədər, ara qarışdıran və bu kələklə "bulanlıq suda balıq tutmaq" istəyən adamlara səbr eləyirik və hətta, o cürə fitnəçilərin sözlərinə inanıb onlara tovlanırıq və əllərində oyun- oyuncaq oluruq.
Hər bir fitnəçinin əlində bir alət olur.
Rus fitnəçiləri yəhudiləri qırdırıb, mal və dövlətlərini qarət etmək üçün padşahın adını aləti-fitnə qayırıb, "ay yəhudilər padşahı istəmirlər" deyib safdərun rusları əqva edirdilər. Və yazıq yəhudilərin üstünə qısqırdırdılar.
Aya bizim fitnəçi və provokatorların aləti fitnəsi nədir?
Bizim fitnəçilərin də aləti fitnəsi - dindir. Fitnəçilərin hayasızlıqlarına bax ki, dini aləti-fitnə və fəsad qayırıb əfradi millət arasına nifaq və şəqaq salırlar. Və biz də bu cürə həyasızlığa səbr və təhəmmül edirik. Əcəba bu fitnəçilərin məqsədi nədir?
Bu fitnəçilərin məqsədi iki şeydir: ya qərəzi-şəxsi və yainki: "ay camaat, mən də varam!"
Yəni nədən isə xoşuna gəlməyən bir adamı xalq nəzərindən salmaq və yainki özünü meydana atıb "yalançı pəhləvanlıq etmək" məq- sədi-xəbisanəsliə bu müfəttin və provokatorlar meydana atılıb sadəlövh və safdərun müsəlmanları tovlayırlar və iş-güclərindən qoyurlar.
Bu adamlığa layiq olmayan fitnəçilər deyirlər ki, biz dini-islami qoruyuruq.
Bu cürə alçaqlara deyilməlidir ki, qoysanızmı ki, bu yazıq camaat öz iş-gücünə, öz kəsb-karına məşğul olsun?! Nə üçün bu yazıq millət bir qədəm qabağa qoyanda iki qədəm geri çəkilsin?.. Amma camaatımız içində də o qədər safdərun və sadəlövhlər var ki, işi təhqiq etməmiş hər bir fitnə və fəsad sözlərə inanırlar və özlərini də provokatorların əlində oyun-oyuncaq qayırırlar... Çox təəssüflər olsun!.. Xalq nə hayda, biz nə hayda!.. Tfu...
Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 60.
