Düz yol
Neçə gün əvvəl qəzetəmizdə şayeət cümləsindən olaraq bir cür dərc edilmişdir ki, bizim türk sosialistlərimiz öz taktikalarını dəyişib xarici sosialistlər əsasını qəbul etmək fikrindədirlər.
Baisi-məlalımız olan bu xəbər parlaman sosialistlər ittifaqı sədri cənabları tərəfindən təkzib edilməklə məlalımız rəf edilib əvəzində xoşhal olduq. Və bu əsilsiz xəbərin qəzetəmizdə nəşr edilməsindən dolayı izhar təəssüf etməklə bərabər bəyani-ctizarıda bulunmağı dəxi lazım gördük.
Fəqət sosialistlərimizin rus dilində nəşr edilən "Zarya" qəzetəsi bəyan-etizanmıza iltifat etməgib, bizə istehza təriqilə kinayələr etməgi rəva görür və bu məsələ dolayısı ilə yazılmış baş məqaləsindən əz cümlə böylə anlaşılır ki, guya "Türk Azərbaycan" qəzetəsi dəxi "Müsavat" partiyasına mənsub fırqəvi bir qəzetə imiş.
Bu axırki füqəra barəsində bunu bəyan etməgi lazım bilirik ki, qəzetəmiz partiya qəzetəsi degildir. Vətən istiqlalı yolunda çalışmaqdan ibarət olan, məsləki xüsusi firqəvi proqram daxilində məhdud degildir.
Bu məsələnin genişligi, hər bir partiyanın Azərbaycan istiqlalına kömək yolu ilə denilən sözlərini və görülən işlərini qəzetəmiz sütununda təmcid və təqdir edib xalq arasında nəşri-təmimnamə böyük yol verir.
Qəzetəmizin yazılarına göz yetirməkdə olanlar şübhəsiz bunları bilirlər. Ancaq burasını da heç də gizləmirik ki, mövcud partiyalarımız arasında Azərbaycan istiqlalını kəmalınca beduni-haşiyə arzu etmək və bu yol uzunu gedərkən sağa və sola dönmək tərəddüdündən azad olub da rast bir istiqamət üzrə getmək qəsdini yalnız bir "Müsavat" fırqəsində müşahidə etdigimizdən, bu firqəni istiqlal xadimlərindən ən sadiqi hesab edib onun fikr və arzularına qəzetəmizdə kəmali-məmnuniyyətlə yer verməgi özümüzə borc bilirik.
Keçək əsl mətləbə:
"Zarya" qəzetəsi burasını bilməlidir ki, fövqəlzikr xəbəri biz durduğumuz yerdə öz-özümüzdən ixtira etməmişik və qəsdimizdə boylə bir əsilsiz xəbər buraxmaqla meydana "sensatsiya" salmaq degil idi. Müxbirimiz bu xəbəri bir yerdən eşitmişdi və xəbər sosialistlərimiz partiyasının taktikası gedişinin bizcə baisi-əndişə olan başqa bir yola çönməsi kibi calibi-etina bir fəqərə olduğundan çap etməgi lazım bildik ki, bunun doğru olub-olmadığını sosialistlərimizin öz ağzından eşidək.
Bu təşəbbüsümüzdə müvəffəqiyyət hasil oldu. Sosialistlərimiz dilləndilər və dillənib də xəbərin yalan olduğunu sözlə bəyan edib, bizi xoşhal etdilər.
Fəqət... bir var ki, "söz" ola, bir də var ki, "iş" ola. İştə, bu "iş" yəni sosialistlərimizin bu axırki günlərdə müşahidə etməkdə olduğumuz bir para rəftarı haman xəbərin təkzibə rəğmən təmamilə yalan olmadığını isbat etməkdədir. O rəftarın təfsilatından dəlil olmaq üzrə bəhs açmağı hələlik yersiz hesab edib, ümumi olaraq bu rəftara işarə edirik ki, xarici sosialistlərinin Azərbaycan istiqlalı əsasına meyl edəcəgini arzu edib, gözlədigimiz bir halda biləks bizim sosialistlərimizin ətrafının ümum Azərbaycan istiqlalı tərəfdarlar necə qeyri-qabil qəbul ədd edilən əsasları tərəfinə mail olduğlarına müşahidə edirik və bu da o zəmanda ki, bu xaricilər könüllü ordusunun gəlmədən getməsinə və öz əllərində saxlamaqda olduqları flotun tərksilah edilməsinə qarşı Azərbaycan istiqlalına və məmləkətimizin asayişinə heç də müvəffəq olmayan bir nəzər ibraz edib, təkrar bizi inandırdılar ki, bunlardan vətənimiz xeyrinə bir mənfəət gözləmək o gözdən sovt ummaq bir boş bir arzudur.
Bu səbəbdən o sosialistlərin bizə yaxınlaşması gözlənildigi halda, bizim sosialistlərimizin onlara tərəf meyl etməsi fəqərəsini "Vperyod" kibi qəzetələr təbrik edib kəmal xoşnudi ilə alqışlarsa, bizim qəzetəmiz bu xüsusda əncaq təəssüflər izhar edə bilər.
Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- 115-116.
