Üzeyir Hacıbəyovun anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
1995-ci il sentyabr ayının 18-də görkəmli Azərbaycan bəstəkarı, Azərbaycan milli operasının banisi, istedadlı musiqişünas-alim, publisist və pedaqoq Üzeyir Hacıbəyovun anadan olmasının 110 ili tamam olur.
Azərbaycanın musiqi mədəniyyətinin inkişafında misilsiz xidmətlərini nəzərə alaraq Üzeyir Hacıbəyovun anadan olmasının 110 illik yubileyinin dövlət səviyyəsində keçirilməsini təmin etmək məqsədilə qərara alıram:
1. Yubiley tədbirlərinin hazırlanması və keçirilməsi üçün aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:
Təşkilat Komitəsinin sədri
Elçin Əfəndiyev — Azərbaycan Respublikası Baş nazirinin müavini
Təşkilat Komitəsi sədrinin müavinləri
Tofiq Quliyev — Azərbaycan Bəstəkarlar İttifaqının sədri
Anar Rzayev — Azərbaycan Yazıçılar Birliyinik sədri
Təşkilat Komitəsinin üzvləri
Rəfael Allahverdiyev — Bakı şəhəri İcra hakimiyyətinin başçısı
Həsən Həsənov — Azərbaycan Respublikasının xarici işlər naziri
Fatma Abdullazadə — Azərbaycan Respublikası Prezident Aparatının humanitar siyasət şöbəsinin müdiri
Polad Bülbüloğlu — Azərbaycan Respublikasının mədəniyyət naziri
Lidiya Rəsulova — Azərbaycan Respublikasının təhsil naziri
Sabir Rüstəmxanlı — Azərbaycan Respublikasının mətbuat və informasiya naziri
Eldar Salayev — Azərbaycan Respublikası Elmlər Akademiyasının prezidenti
Babək Məmmədov — Azərbaycan Dövlət Teleradio Verilişləri: Şirkətinin sədri
Nazim İbrahimov — «Azərbaycan» nəşriyyatının baş direktoru
Fərhad Bədəlbəyli — Azərbaycan Dövlət Musiqi Akademiyasının rektoru
Bəkir Nəbiyev — Azərbaycan Respublikası Elmlər Akademiyasının Ədəbiyyat, dil və incəsənət bölməsinin akademik-katibi
2. Bu sərəncamdan irəli gələn məsələlərin həlli Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın.
Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 sentyabr 1995-ci il.
№ 210
