Üzeyir Hacıbəyli

Naxçıvan və Qarabağ

Naxçıvan müsəlmanları Ararat hökumətinə tabe olmaq istəmə- digi kimi, Qarabağ erməniləri də Azərbaycan hökumətinə təbəəlik etmək istəmiyordılar və istəmiyorlar.

Naxçıvan müsəlmanlarının boylə rəftara haqlərı vardı. Çünki oraların müsəlmanları ədədcə ermənilərdən çox olub, yerlərinin böyük qismi də müsəlmanlara məxsusdur. Halbuki ədədcə müsəlmanlardan az və yer-yurdca müsəlmanlardan kasıb olan Qarabağ erməniləri bu iddialarından heç bir haqqa malik degildirlər və əlavə bu haqsız fikir və iddia bütün Qarabağ ermənilərinin arzusu olmayıb bəlkə daşnak partiyasının fitnə və intriqasının nəticəsidir. Halbuki Ermənistana tabe olmamaq təşəbbüsləri ümumnaxçıvan müsəlmanlarının öz arzulan idi.

İngilislər bu məsələləri həll etmək istədilər. Məlum oldu ki, Naxçıvanı məhəlli müsəlmanların haqlı arzusuna rəğmən Ermənistana və Qarabağı da daşnakların iddialarına xilaf olaraq Azərbaycana mütəəlliq etdirmək əsası ilə iş görmək fikrindədirlər. Bu fikri yeritmək üçün general Revini Ararata köməgə və miralay Şatluverti də Azərbaycana mədədə məmur etdilər.

Bu gün işin nəticəsi məlum olur.

General Revi öz vəzifəsini kəmali-müvəffəqiyyətlə ifa edib erməni "Naşe vremya" qəzetəsinin yazdığına görə Naxçıvan və Şərur tərəflərini bu may ayının 14-də erməni hökumətinə təslim edə bildi. Boylə ki, ayın 13-də ingilislər və erməni hökumət əzaları Naxçıvana varid olub müsəlmanlardan başda Kəlbəlixan Naxçıvanski və mühəndis Sultanov olmaq üzrə Milli Şura əzaları tərəfindən istiqbal olunduğundan sonra bu türk yerlərinin və türk əhalisinin etirazsız və qeylü qalsız olaraq Ararat hökumətinə təslimi işini Cəfərqulu xan Naxçıvanskinin3 qonaqlar üçün hazırlanmış olduğı naharı yeməklə itmamə yetirdilər.

Pəs miralay Şatluvert nə elədi?

Bakı ilə Qarabağ arasında olan yolu bir neçə kərə ölçdü və əz cümlə Qarabağ ermənilərinə bir neçə nəsihətamiz sözlər dedi və bu sözlər əvəzində Qarabağ daşnaklarından "başqa cürə" cavablar aldıqdan sonra, vəzifəsini qurtarmış hesab edib qayıtdı...

Deməli, Ararat hökuməti ingilislərin köməgilə nahəqq məramlarına nail oldular, əmma Azərbaycan hökuməti genə eyn ingilislərin köməgilə öz həqqmı hələlik yeridə bilmədi.

General Revinin miralay Şatluvertdən mənsəbcə yuxarı olduğunu ona müvəffəqiyyət qazandıra bildi, yainki ingilislər, ermənilər hamisi olan amerikalılara xoş görünmək üçünmü Ararat həqqında bu qədər canfəşanlıq göstərib də Amerikanın xəbəri olmuyan Azərbaycan xüsusində qəsdən səhlənkarlıq etdilər. Yoxsa Naxçıvan türk demokratiyası Naxçıvan xanlarının xəyanəti qurbanı oldular. Hər halda haqq nahaqqa verildi və Azərbaycan hökuməti o tərəfdən məyus və bu tərəfdən məğmum bir halda qaldı. Bu yandan dəxi əhalimiz üçün ölüm-dirim məsələsi olan köçəri füqərası təəxxür qəbul etməz bir halda edilməsini bütün şiddətlə tələb etməkdədir.

Bizi yandıran ingilislərin tərəfkirligi və ya ingilis generalının bacarığı və ingilis miralayının bişüurluğu degildir. Özümüzün rəftarıdır ki, onun adına bacarıqsızlıq deməkdən başqa özgə bir ad qoymaq olmaz.

Qarabağ general-qubernatorluq şəklinə qüvvələndigindən bəri bizim zənnimiz bu idi ki, Qarabağ məsələsi artıq bitdi. Ümid edirdik ki, Qarabağın hakimi işin vəz və halından kəmalınca xəbərdar olub da lazım gələn tədbirləri görmək üçün bütün səyini hələlik məhz bu yolda sərf edəcəkdir.

Lakin işin bugünkü vəziyyətindən anlaşılır ki, əvvəl əmrdə olan tədbirlərin ən böyügü ingilislərə ümid bağlamaq imiş və general-qubernator yanında təşkil etmiş olan "şura»" əzaları da öz vəzifələrini bundan ibarət bilirmişlər ki, "məhalə çıxıb" özlərinə general-qubernator "pamoşniki" adı qoyub aşnaları olan bəylərin cibinə Nikolaydan qalma "alacıq"ları kəndçilərdən şallaq gücilə yığmaq istəmiyən polis məmurlarını tutdurub həbs etmək ilə "ədalət", daha doğrusu, "hökumət" göstərsinlər. Və danosbazların təh- rikatilə iş görüb biməzmun və çürük politika ilə məşğul olsunlar.

Bu cürə politikanın axırı bu olar ki, nəinki erməniləri tabe etmək mümkün olmaz, bəlkə müsəlmanları da rəncidəxatir edib qarışıq məsələni daha da qat-qanşığa salmaqla dövlətimiz qarşısında böyük-böyük əngəllər törədərik...

Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 173-174.