Üzeyir Hacıbəyli

Nuri-didə Ceyhun!: [30 yanvar 1924-cü il]

Salam-duadan sonra bizim "Azəməşr" tərəfindən yeni mətbəədən buraxılmış olan Azərbaycan ədəbiyyatını sənə göndərirəm. Burada səndən ötrü bir xeyli material tapılar ki, tərcümə edərsən. Bu əsərlər çox qiymətli əsərlərdir, mabədi dəxi çapdan çıxacaqdır, onu çıxandan sonra göndərərəm. Əlavə sənə noyabrda və bir də dekabrda pul göndərmişdim, vüsul olmağını xəbər verərsən və yazarsan görək nə tövr dolanırsınız. Uşaqların keyfi necədir, Zöhrə nə tövrdir? Bizlər hamımız sağ və salamət varığ, mən dəxi ali təhsilim xüsusində çalışırsam, ümüd edirəm ki, təhsilimə imkan veriləcəkdir. Baqi nənəm, Məleykə və ümumqohum-əqraba sizlərə çox-çox salam-dua göndərir.

Bəradərin Üzeyir. 30 yanvar, 1924

Məktubun müəllifi əski əlifba ilə 3 yanvar 1926-cı il qeyd edib.

Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 368.