Çırpınırdı Qara dəniz
Üzeyir Hacıbəyli bu mahnını 1918–ci ildə Əhməd Cavadın sözlərinə bəstələmişdir. Əhməd Cavad bu şeiri 14 dekabr 1914-cü ildə Gəncədə yazıb. “Çırpınırdı Qara dəniz” şeirinin yaranması Türkiyənin Birinci Dünya müharibəsində iştirakı ilə bağlıdır. Müharibə illərində (1914-1918) dəniz qüvvələri polkovniki "Admiral Nelson” kimi tanınan Hüseyn Rauf Bəy Orbayın kapitanı olduğu Türk döyüş gəmisi "Həmdiyyə"- nin dəniz döyüşlərində qələbəsinə həsr edilib. Rusların “Kazbek” adlı hərb gəmisi batırılır, “Kaluqa” adlı gəmisi isə yararsız hala düşür. "Kazbek" döyüş gəmisi Rus dəniz donanmalarının fəxri sayılan ispanların məğlub edilməz armadasına bənzədilirdi. Bu gəmi hər cürə müasir silahlarla təmin edilmiş, komandası isə rus elitasının ən güclü dənizçilərdən ibarət idi. Lakin "Həmdiyyə" təkbaşına rus elitasının göz bəbəyi olan "Kazbeki" çox asanlıqla məhv edir. Əhməd Cavad birinci dünya müharibəsi illərində dünyanın ən güclü donanmalarına qalib gələn "Həmidiyyə" barəsində eşidəndə çox sevinmiş və 1914-cü ilin dekabrında gecə ikən bu şeiri yazır. "Çırpınırdı Qara dəniz” şeiri 1919-cu ildə Əhməd Cavadın ikinci şeir kitabı olan “Dalğa”ya daxil edilərək nəşr olunmuşdur.
Bu şerin musiqisini 1918-ci ildə Üzeyir Hacıbəyli bəstələyir və Azərbaycana köməyə gəlmiş Nuru Paşanın komandanlığındakı Qafqaz İslam Ordusunun Azərbaycandakı qəhrəmanlıqlarına ithaf edir. Türkiyәdә çox mәşһur olan bu maһnı Azərbaycanda və Türkiyədə bir çox tədbirlərdə səsləndirilmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Sovet hakimiyyəti pantürkçülük bəhanəsi ilə mahnının səslənməsinə qadağa qoyur. Mahnı 70 ildən çox Azərbaycanda səslənmir.
Ermənilər bu mahnının sözlərinin Sayat Novaya məxsus olduğunu musiqisinin isə “Daşnakstyun” Partiyasının himni kimi idda etsələr də, saysız faktlar 1915-ci ildə nəşr olunan qəzetlər və sonradan nəşr edilən dərgi və kitablar bu şeir və musiqinin Azərbaycana məxsus olmasını sübut edib.
Uzun fasilədən sonra mahnı Azərbaycanda ilk dəfə ictimaiyyət qarşısında 1993-cü il martın 10-da Bakıda Respublika sarayında Əhməd Cavadın anadan olmasının 100 illik yubiley gecəsində səslənmişdir.
Çırpınırdı Qara dəniz
Çırpınırdı Qara dəniz
Baxıb Türkün bayrağına!
"Ah!..." deyərdim, heç ölməzdim,
Düşə bilsəm torpağına.
Ayrı düşmüş dost elindən,
İllər var ki, çarpar sinən!..
Vəfalıdır gəldi, gedən,
Yol ver Türkün bayrağına!
İncilər tök, gəl yoluna,
Sırmalar səp sağ, soluna!
Fırtınalar dursun yana,
Salam Türkün bayrağına!
"Həmidiyyə" o Türk qanı!
Heç birinin bitməz şanı!
"Kazbek" olsun ilk qurbanı!
Heyran Türkün bayrağına!
Dost elindən əsən yellər,
Bana şer, salam söylər.
Olsun turan bütün ellər
Qurban Türkün bayrağına!
Yol ver Türkün bayrağına!!!
