1-ci məktub
Əzizim Müslüm!
İyunun 21-dən Jeleznovodskdayıq. Məleykə müalicə olunur, mən isə piano çalmağı öyrənməyə başlamışam. Burada özümə müəllimə tapmışam, o, həftədə 3 dəfə mənimlə məşğul olur və hər gün onun royalından istifadə edirəm, bunun üçün ayda 15 manat verməliyəm.
Hələ Bakıda ikən mən və (C...) Şuşaya gedib orada tamaşa göstərmək fikrindəyik, notların bir qisminin sizin mənzilinizdə olduğunu bilirdik. Məleykə ilə sizə gedib notları götürdük; lakin Şuşa məsələsi baş tutmadı, notlar Camaldadır. Bizimkilər Maştağa bağına köçmüşlər. Yaz görək, Bakıya nə vaxt gedəcəksən. Moskvaya getməzdən əvvəl sənə məktub yazacağam. Məkkənin səhhəti haqqında mənə yaz, orada necə yaşayırsınız? Biz burada o qədər də darıxmırıq. Hərdənbir ətraf kurortlara gəzməyə gedirik.
Məleykədən və məndən Badyuşa, anana, Camula, Makkaya və bütün tanışlara salam söylə.
Sənin Üzeyrin
3 iyul 1912-çi il, Jeleznovodsk
İnjenernı döngəsi. bağ № 9
Hacıbəyov, Üzeyir. Əsərləri.- Bakı, 1965.- II ҹилд.- S. 367.
