Hansı vasitələrilə dilimizi öyrənib kəsbi-maarif etməliyiz?
Məktəblərimizdə ümuri-tədrisiyyəni ana dilində icra etmək üçün bizə müsaidə verildi. Lakin hal-hazırda mövcud olan məktəblərimizin, yaxud işkolalarımızın nə günə əsaslara məbni təsis edildigini təhqiq və tədqiq etsək, bizə verilən müsaidənin öz ana dilimizi layiqincə öyrənmək üçün ən cüzi bir vasitə olduğunu müşahidə edə biliriz. Ana dilimizdən ibarət olan türk lisanına mükəmməl surətdə vaqif olan zəvat, biz Rusiya müsəlmanlarının ana dili sarıdan "mən hələ ‘obed’ eyləməmişdim", "vizitni kartoçka" gəldi ki, madam Papkova səni "veçer"ə "priqlasit eyləyor". Gəlməsən "abijatsa" olar" - gibi böylə bir təəssüflü halimizi görsə, bizə verilən müsaidənin dilimizi "yuyub" təmizləməkdən ötrü bir damcı su mənziləsində olduğunu iqrar edib "buna çaylar, sellər lazımdır" deyər.
Həqiqətdə də böylədir: biz, ibtidaiyyə məktəblərinin birinci şöbəsində öz ana dillərinə bilmərrə dara olmayan müəllimlərdən bir il zərfində dərs almaqla ana dilimizi öyrənib istemalinə müqtədir olamarıq. Halbuki bizim türk lisanımız Yurupa üləma və feylesoflarının rəyinə nəzərən, ən vəsi və kamil bir dildir ki, onun vasitəsilə insan ən ali fikirlərini və ən dəqiq hisslərini bəyanə qadirdir. Böylə bir zəngin lisannın sahibi olub da onunla istifadə etməməyin özü böyük bir bədbəxtlikdir.
....Üçüncü təriq yalnız öz dilində bir qədər oxuyub və yazmaq bilən adamlardan ötrüdür. Bunlar öz lisanlarını kamilən öyrənmək üçün qəzetələrdən müstəfid olmaq istədikdə qamus və lüğət kitabçalarını təvsit etməlidirlər. Qamuslardan da ən mükəmməl osmanlı (Şəmsəddin Sami) rəhmətullahın iyirmi illik zəhmətinin məhsulu olan "Qamusi-türki"dir. Bunu da bilməlidir ki, qamussuz - alim də olmuş ola - yazmaq, oxumaq çox çətindir. Qamus hər bir yazıçını fahiş xətalardan çəkindirib imla və inşasının səhhətini təmin ediyor.
...Dil həyati-bəşəriyyənin ən ümdə müəssirlərindən biridir desəm, xəta etmərəm, zənnindəyəm.
...Böylə olan halda dilin geniş, zəngin, bəliğ, səlis olması, insanın hər bir cəhətindən təali və tərəqqisinə ən böyük bir xidmət etmiş olar.
Pəs dilimizin vüsət, zənginləşdirməyə qeyrət etməliyiz.
...Heç bir dil yoxdur ki, onun lüğəti kəlimat, təbirat və istılahati əcnəbiyyədən ari olmuş ola. Bunun da səbəbi odur ki, hansı bir dil olursa olsun, havi olduğu əcnəbi təbirlərin mənasını müsbət surətdə ifadə edə bilən özünəməxsus bir təbiri yoxdur.
...Xülasə, biz hər bir halda ərəb və fars sözlərinə möhtacız; hətta öz türk sözlərimizin bir hisseyi-əziməsini də unutmuşuq və yaxud unutmağa yaxınız desəm xəta etməzəm. Binaəleyh, dilimizi öyrənməliyiz, öz rifah və səadətimiz üçün öyrənməliyiz, öz mədəniyyət və marifetimiz üçün öyrənməliyiz ki, öz ehtiyacatımızın bəyanına qadir olaq. Öyrənməliyiz ki, türk, lakin təzyiq altında məyub və mefluc ve məfluk türk dili istemal edən əqvami-türkiyyeyi-müxtəlifəmiz bir-birinə rast gəldikdə "pantomima" oyunbazlığına məcbur olmadan qurtarıb, yek digərinin qəm və fərəhinə hissəyab olmalarına qeyrət edək; öyrenmeliyiz ki, Avropanın hökmünü bütün saheti-aleme cari eden ulum ve fünunun her bir qismi meydanında dahiler çıqardıb, istiqbalımızı her bir cehetden temine çalışaq...
...Ey cəmiyyeti-xeyriyyelerimiz! Bizə məktəblər və Türkiye məkatibi-aliyyəsində ekmali-təhsil etmiş müəllimlər ve müdərrislər lazımdır! Nə deyorsunuz?
Əliyeva, A. İ. Turanın bir eli var və yalnız bir dili var.- Bakı, 2007.- S. 88-89.
