Üzeyir Hacıbəyli

Kontrast

Azərbaycan hökumətinin adilanə və müdəbbiranə tədbiri sayəsində Qarabağ məsələsinin həll və fəsi edilməsi Azərbaycanda yaşayan ümumermənilərin məmnuniyyətini mucib oldu. Ermənilər bileyn gördülər ki, Azərbaycan hökuməti Qarabağ məsələsini qılınc zoru ilə həll etməyə qadir ikən boylə yapmadı. Məsələn, sülh və sazişlə həllə çalışdı.

Ermənlər burasını dəxi anladılar ki, nə Azərbaycan hökumətinin, nə də Azərbaycan türklərinin ermənilərə əziyyət vermək, incitmək, asudə güzəran və məişətlərinə mane olmaq və onlara qarşı daim xü- sumət bəsləmək fikri yoxdur. Deməli, Azərbaycan ermənilərinin Azərbaycan Cümhuriyyəti toprağında yaşamalarının yaxşılığı və ya fənalığı özlərinin hərəkat və rəftarlarına bağlıdır. Yaxşılıqla dolanarlarsa daim yaxşılıq görərlər.

Qarabağ məsələsinin hər iki tərəfi razı qoyan bir surətdə həllində və bundan dolayı ümumazərbaycan erməni və türklərinin münasibət və müamilatlarının “normal” və səmimiyanə bir halə düşməsində Azərbaycan hökumətinin adilanə tədbirlərindən əlavə erməni cümhuriyyətinin dəxi aqilanə rəftarını nəzəri-diqqətə almalıdır. Bunu Qarabağda ermənilərin yeddinci yığıncağı isbat etdi. Bu yığıncaqda əksəriyyət sülh və saziş tərəfdarı olub da qanlılıq və xunxarlığa adətkərdə olan daşnakların mübarizəyə davam edəlim malında olan divanəvar və əqidən kənar təkliflərini rədd etdilər. Daşnak fitnəsinin qara buludlan erməni cəmaətinin üzərindən rədd olan kimi, sülh və saziş, əmnü- asayiş günəşi doğub hər yeri işıqlandırmaqla hər kəsin də ruhunu şad və qəlbini fərəhnak etdi. İndi Qarabağ erməniləri hökumət nümayəndəsi ilə bir yerdə məsləhət və məşvərətlər məclisi qurub ümumi ölkənin rahat və asudəligi haqqında tədbirlər tökmək işlərinə məşğuldurlar.

İndi qissədən hissə:

Məlum olur ki, o yerdə ki, ermənilər daşnak fitnəsini öz üstlərindən kənar edə bilirlər, orada hər bir cürə qarışıqlıq və şuluqluq əvəzinə əmnü-asayiş, istirahət bərpa edilir.

Boylə olan surətdə biz əminik ki, əgər bu daşnak fitnə və fəsadı ümumermənilər üzərindən dəf edilə bilsə idi, bu gün kəmali-təəssüf və təsirlə müşahidə etmək olduğumuz Ararat “bakxanaliya”sina meydan qalmaz, və hər gün qəlbimizi yandıran və əhvalımızı pərişan edən yaman xəbərləri və pis-pis əhvalları eşitməzdik.

Bu gün Azərbaycanda yaşayan ermənilərin halını Ermənistandakı müsəlmanların əhvalı ilə bir-birinə tutuşdurub qiyas etdikdə arada böyük bir “kontrast” əmələ gəlir. Burada hər tərəfə baxırsan ədalət və insaniyyət müşahidə edildigi halda, orada əgri dağ dibində, Ararat ətəklərində zülm, vəhşət və dəhşət görünür.

Yevropa qarşısında məzlum görünməyə və öz yerində zalım olmağa səy edən daşnaklar, öz vəhşiliklərini bir dərəcəyə yetiribdirlər ki, səbr və taqətdən kəsilmiş olan müsəlmanlar qiyam və üsyana qalxıb zülmlərə qarşı difa başlayıbdırlar.

Daşnaklardan ibarət olan Ararat hökuməti öz quyruğunu qapı arasında görüb, Yevropadakı dostlarını köməgə çağırmağa və “Ermənistan əldən gediyor”, deyə qışqırıq salmağa məcbur olmuşlardır.

İki qonşu millətlər arasında dərin quyular və keçilməz dəmlər qazmaqda olan kütahbeyin və fərasətsiz daşnaklar burasına heç də diqqət yetirmirlər ki, bu qazdığları quyular və dəmlər bilaxirə bütün Ermənistan üçün bir məzarstan ola bilər.

Yevropaya yalvarmağı, diplomatlar qapılarında sülənməgi öz qonşusu və vətəndaşı ilə insaf və mürvətlə yaşamağa tərcih verən bu partiya hamıdan artıq zərəri zatən öz millətinə və öz cəmaətinə vurur. Bu partiyanın erməni xalqını öz əlində oyuncaq kimi oynatmağı, keyfi istədigi yerdə cəmaətin canını, malını, namusunu və heysiyyatını bila məhabə fəda etməsi nə qədər mucib təəccüb isə, erməni cəmaətinin də tamam bir qoyun sürüsü kimi öz müqəddəratını və öz varlığını bu ziyankar partiyaya tapşırub da bu yolda bir bu qədər ya sədaqət və ya qorxaqlıq və cəbunluq göstərməsi bir o qədər şayani-heyrətdir. Görünür bu partiya erməni xalqını o qədər “terror’luyub və o qədər gözünün qorxusunu alıbdır ki, birinin də ağız açmağa cürəti qalmayıbdır.

Lakin iş boylə davam edərsə bunun axın yaxşı nəticələr verməz. Erməni-müsəlman münasibəti həmişə gərginlik üzrə qalıb düşmənçilik ya qiyamətə kimi baqi qalar və ya bu millətlərdən birinin bilkül- lüyyə məhv nabudisi ilə nəticəpəzir olar ki, bunlardan hansının baqi və hansı fani ola biləcəgini indidən xəbər vermək çətin iş degildir.

Ona görə cümhuriyyətimizdə asudəlik ilə yaşamaqda olan erməni cümhuriyyətinin böyük borclarından biri odur ki, özlərini burada daşnak fitnəsindən qorumaq olmaqla bərabər Ararat hökumətinə dəxi icrai-təsir edib, oradakı müsəlmanlar haqqında rəva görülən zülmləri durdurmaq üçün ciddi təşəbbüsatda bulunsunlar ki, bəlkə bu “kontrast”ın Azərbaycan türkləri qəlbinə ilqa etdigi sui-təsir və acılığı boyləliklə bir növ azaltmaq mümkün ola.

Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 202-204.