Üzeyir Hacıbəyli

Yeni böhran

"İttihad" firqəsinin Fətəli xan kabinəsinə qarşı çıxışına rəğmən parlaman məzkur kabinəyə etimad göstərməglə bu kabinənin fəaliyyətindən məmnun qaldığını bildirirdi. Lakin Azərbaycan hökuməti təşkili günündən bəri bir bu qədər ağır zəhmətlərə qatlaşmamış olan Fətəli xan həzrətləri bunun üstündən bir də cürbəcür dedi-qodular arasında qalmaqla canının bilkülliyyə istirahətdən düşüb də əsəbi bir hal peyda etməsilə bədəninin yorunuq almağa böyük bir ehtiyacı olduğunu hiss edib, zimam hökuməti özgə bir ələ ötürməgə qərar verdi.

Yeni vücudə gəlmiş olan Azərbaycan hökumətinin bir neçə rəisülvüzərası olmaqla, Azərbaycan tarixində mühim bir mövqe tutmuş olan Fətəli xan həzrətləri, bu yeni dövlətin vəziyyətini köhnə parələrdən əmələ gəlmiş bir gəmiyə təşbih edirdi ki, bu kibi fırtınalı bir gündə dərya üzərində hər saət və hər an dağa-daşa çırpılıb dağıla bilmək təhlükəsi qarşusında qalmış bütün ümidini gəmiçinin ustadlıq və məharətinə bağlamışdı.

Bu zəif kəsici, firtınali gündə bu dağın, bu daşın arasında salamət keçirmək və sahil nicata çıxartmaq kibi çikkəni Fətəli xan həzrətləri öz boynuna götürməgi qəbul etdi və qəbul edib də kibisini kə- mali-ehtiyat və ehtimam ilə aparıb hələ sahil nicata çıxarmadısa da, fırtına sakit olana qədər dağa-daşa vurmayıb bunların arasında keçirtdi və bu ustadlığında böyük bir məharət göstərdi.

Bugün kibimiz hələ dənizdədir. Lakin dənizin fırtınası sakit olubdur. Və qorxulu dağlar və daşlarda dəxi salamatlıq ilə keçirilibdir. Doğrudur fırtına genə tazədən qalxa bilər və sualtı və suüstü dağlara və daşlara təkrar toxunmaq təhlükəsi də gələcəkdə genə meydan ala bilər. Təkrar edirik ki, bu halda dəniz əvvəlki halına nisbətən sakitdir. Ondan əlavə kibimizin təxtəparalari yəni daxili rabitələrimiz bir-birinə möhkəmləşibdir və əlavə dağa-daşa çırpılmağa qarşuda və xüsusi bir sipərimiz vardır. Deməli, əvvəlki iztirab və təşvişə məhəl yoxdur.

Bəs kibimiz bu halə qədər səlamət gətirmiş olan gəmiçimiz bir bu qədər çəkmiş olduğu zəhmət və əziyyətlərindən dolayi canının istirahətə möhtac olduğunu hesab edərək sükanı özgəsinə tapşırmaq istədi.

Yorulmuş bir can üçün istirahət lüzumi o qədər vazeh bir ömürdür ki, bu lüzuməti nəzərə almaq istirahətə möhtac olan canın bədxahı olmaq deməkdir. Halbuki Fətəli xan həzrətlərinin bədxahı olmağa heç bir həqq və səlahiyyətimiz yoxdur və olsaq da naşükürlük töhməti özümüzdə layiq görünər.

Xan həzrətlərinə istirahət üçün fürsət verib də istirahət bədəndə bir keyimiş və rahatlanmış qüvvələr təkrar əli vətən, millət yolunda mühüm işlər görəcək ümid və təsəllisi ilə, idareyi-ümur dövləti başqa bir ələ tapşırmağlığımız lazım gələcəkdir.

"Başqa bir əl" seçmək vəzifəsi parlaman sədrinin üzərindədir. Onu təsdiq etmək isə parlamanın səva bədid yenə bağlıdır.

Hər halda Fətəli xanın yerinə oturacaq bir şəxsi seçərkən iki mühüm şərt var ki, onlar daim nəzərdə tutulmalıdır.

Əvvəla budur ki, seçilən zat müqtədir olsun və bunun bu iqtidarından heç olmasa parlaman əksəriyyətinin pişin olaraq vüqufi ittilati olsun. Vəilla hə çe badabad bir adəm seçmək və "görən bu necə işləyəcək?" - deyə bir az imtahan məqam riyasətə mindirmək və səhlkarlığla millət və vətən başında "imtahan meydanı" açmaq əməlini hal və övza yaraşan hərəkətlərdən ədd etmək olmaz. Seçilən adam, təkrar edirik bacarıq, və can-dil ilə iş görmək ləyaqətincə parlaman əksəriyyəti tərəfindən şayan etibar və etimad olmalıdır.

İkinci şərt olaraq bunu nəzərə tutmalıdır ki, seçilən adam bacarıq və iş görənlikdən əlavə bir də sahibi-təcrübə olmalıdır. Boylə ki, iş başına keçən kibi, işin nerədə, nə məqamda da yandırılmış olduğunu dərk edib də toxdalmış işin dəvamına şüru etsin. Nəinki əhvalatdan bixəbər olubda bir də tazədən başlamaq məcburiyyətində qalsın. Tazədən o iş başlanarkən, hələ indiyə qədər başlamayıbdır. Başlanmış işlər isə nöqsanatı rəf edilmək şərtilə davam etdirilməlidir.

Bu iki şərt üzrə seçilmiş olacaq zat isə burasını nəzərdə tutmalıdır ki, fırtına içindən və daşlar arasından Fətəli xan həzrətləri tərəfindən səlamətlik ilə keçirilmiş olan kibimiz bugün nisbət etibarı ilə sükun bir dəniz içində üzməkdə olmaqla bugün-sabah təkrar qopmaq ehtimalı meydanda olan fırtına qorxusundan tamamilə təmin edilmiş degildir. Ona görə bu sakitlikdən əcələ ilə layiqincə istifadə edib də kibimizi bir hala salmalıdır ki, dedikcə möhkəm və mətin olub, fırtına dalğalarının hücumlarından və su içi daşlarına toxunmaq təhlükəsindən əsla qorxmasın boylə ki, kibi əhlinin ki vətən övladından müraddır idarəni sahib-iqtidar və təcrübəkar bir əldə görüb də Sədi əliyəlrrəhmənin ağzı ilə:

"Çe bak əz möuce bəhr anra
Ke darəd noh kəştiban"!

diyəcək qədər etimad və əmniyyəti olsun.

Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 101-103.