Üzeyir Hacıbəyli

Erməni-gürcü münasibəti

Gürcü qəzetələrinin yazdığına görə Gürcüstan ilə Ermənistan arasındakı ixtilaflı hüdud məsələlərini qarşılıqlı bir etilaf yol ilə həll etmək üçün xüsusi müzakirətə başlanmışdır.

Bu vəxtə gürcü mətbuatı arasında mübahisə törənməsinə səbəb olmuşdır. Hökumət tərəfdarı olan sosialist qəzetələri Gürcüstan hökumətinin bu iqdamatını pəsənd və təsvib edib, iki dövlət arasında olan ixtilafın müzakirə və müsalihə yolu ilə rəf edilə biləcəgindən məmnundurlar. Milli və demokrat məsləkli qəzetələr isə, biləks, hökumətin bu təşəbbüsini tənqidə qalxıb Ermənistan ilə boylə bir etilaf əqdini Gürcüstan üçün zərərli və gələcəgdə təhlükəli ədd edirlər.

Məsələn bu qəzetələrdən “Obnovleniya”' deyir ki, hüdud məsələsi üstündə ermənilərin gürcülər ilə müzakirəyə girmək meylindən boylə görünür ki, bunlar Gürcüstan hökumətinin boşluğuna güzəştlərdə bulunacağına ümidvardırlar.

Əcəba, Gürcüstan hökuməti ermənilərin ümid etdigi güzəştlərə maildirmi?

Qəzetənin mülahizatına görə maildir.

Çünki “təəssüflər olsun ki, cümhuriyyət başında duran sosial-demokrat məhafılində əvvəllərdə zəif bir surətdə müşahidə edilən və “kompramis” (etilaf) təsmiə edilə bilən bir cəryan, bu axır vaxtlarda kəsb qüvvət etdi... Zəmani-idarəni əlinə almış olan hökumət adamlarının bir xəstəlik halına alan sülh və etilaf arzusu Gürcüstan cənub hüdudunun sövqəlceyş nöqteyi-nəzərincə ən mühüm ədd edilən yerlərini daima cəngicu bir hissiyat bəsləməkdə olan “daşnak” hökumətinə təslim ilə gələcəkdə arada bir müharibə vaqe olarsa, Ermənistanın bizə fasiq olacağına müsaid yollar açır”.

Eyni məsləkdə olan “Sakartvelo” qəzetəsi dəxi bu xüsusda şiddətli tənqiddatda bulunub deyir ki, gürcü xalqı bu iş üstündə hökumətdən rugərdan olar.

Bunlara müqabil olaraq hökumət qəzetəsi “Ertuba”' hökumətin bu iqdamatını ən doğru və səhih bir politika kimi tələqqi edib milli demokrat firqələrinə ətfi-kəlam ilə deyir ki, “fəqət milli demokratlar, hökumətin adəmxorlıq politikasını rədd etməgə qarşı ruyi-müvafiqət göstərmək istəmirlər...

Onların məqsədi - hərçi badabad tarixi hüdudlar təbin olub, bu hüdudlardan əl çəkmək istəmirlər... Doğrudur, Ermənistan arasındakı tarixi hüdudların sövqəlceyş nöqteyi-nəzərincə əhəmiyyəti çox böyükdür. Lakin sülh və müsalimətlikdə bizdən ötri əhəmiyyəti bir o qədərdir.

Bu məsələdə gürci hökumətinin güzəştlərə mail olduğunu “Ertuba” qəzetəsi dəxi inkar etmir. Lakin deyir ki, “əlbətdə, güzəştlərin bir həddi var. Məmləkətin mənafeyi həyatiyəsinə güzəştlər xatirəsi üçün fəda etmək olmaz...” Fəqət tarixi hüdudlar ilə bu mənafe arasında hər iki tərəficə qəbul edilə bilən bir xətt tapılar zənn edirik.

Gürcülərə aid olan bu məsələ üzərindəki gürcü mətbuatının mübahisəsinə iştirak etmək təbii bizim vəzifəmiz degildir. Fəqət kənardan baxan sifətilə burasını deməgə haqqımız var ki, həqiqətən gürci milli demokratlarının əndişəsi bir tərəfdən həqlıdır. Gürcüstan hökumətinin ermənilərə nə kimi güzəştlərdə bulunacağı və bu güzəştlərin həddi və mahiyyəti nə ölçüdə olacağı məlum degildir. Hər halda arada bu növ güzəştlər olacağdır. Öylə olan surətdə, əcaba. Ararat hökuməti gürcü hökumətinin sülh və mənfəət yolunda ibraz etdigi bu fədəkarlığı təğdir edə biləcək bir sifət göstərəcəkdirmi? Vaqeən daima cəngcu bir heysiyyat bəsləyən daşnaklar bu güzəştlərdən bilaxira sui-istifadələrdə bulunmaqdan çəkinə biləcəkdirlərmi? Zənn edirik, gürci milli demokrat firqəsini əndişələrə salan məhz bu kimi suallardır. Daşnak politikası boylə bir suallar iradına məhəl verir. Halbuki sualların cəvabları çox çətindir.

Digər tərəfdən milli demokratların da deyil, bu məsələdə bəlkə daima yerli-yersiz olmaq “tarixi hüdudlardan bəhs etməgi və bu hüdudlara ikiəlli yapışmağı da” bir yandan doğru degildir.

Gürci milli demokratlarının bugünkü məsələdə tarixi hüdüdlar bəhsin döğru olub-olmadığı həqqında bir qərar verə bilmərik.

Lakin qabağlarda bu hüdud məsələsi üzərində həqqımız olaraq tarixdən bəhs etmələri xatirimizə gəldi. Əgər bu gün milli demokratlar erməni politikasmın qeyri-səmimi olduğundan əndişələrə düşürlərsə, o vaxtlar məsələ başqa hüdudlara aid olduğundan nə boylə əndişəyə səbəb vardır, nə də inadlıq və ifratpərəstligə...

Erməni-gürcü müzakirətindən bəhs edən “Obnovleniya” qəzetə- sinin məqaləsində bir şey nəzər-diqqətimizi cəlb etdi. Boylə ki, qəzetə bu məsələ müzakirə altında Azərbaycanın da iştirakı lüzumindan bəhslə müzakirat cəryanının Azərbaycan iştirakı ilə olduğunu şayani-təəsüf ədd edir.

Qəzetənin həqqımızda göstərdigi bu etinanı təqdir ilə bərabər bunu dəxi bildiririk ki. Azərbaycan hökuməti bu işdən, yəni erməni-gürcü arasında vaqe olan bu müzakiratdan müxbirdir. Ona binaən gürcü hökumətinin bu iqdamatını Azərbaycan həqqında bir ehmal mənisində tələqqi etmək olmaz.

Erməni-gürcü arasındakı müzakirəsinə başlanmış olan hüdud yerlərinin bizimlə dəxi həm hüdud olduğundan mənafemizə toxuna bilən nöqtələri ola bilər. Fəqət biz bu zəndəyik gürcü hökuməti öz-mənafeyi həyatisinə xələldar edən güzəştlərə razı olmayacağı kimi hal-hazırda ədd ittifaqda bulundığı qomşusunun da bu yoldakı mənafeyinə toxuna biləcək əməllərə mürtəkəb olmaz.

Hər halda bu müzakirələr cəryanı bizdən xəlvət olmayacaqdır. İnsafa gəlincə, biz də zatən hüdud məsələlərinin sülh və sazişlə həlli tərəfdarıyıq, fəqət, birisi Azərbaycanın cüzi olan bir yeri ixtilaflı hüdud məsələsi adlandırıb da bu xüsusda müzakirə təklif edərsə, Azərbaycan hökuməti bu təklifi mucibi-istiğrab görüb kəmali-əzim ilə rədd edir.

Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 238-240.