Üzeyir Hacıbəyli

“Firuzə”

“Firuzə” - Üzeyir Hacıbəylinin yarımçıq qalmış operasıdır. Bəstəkar bu əsəri 1945-ci ildə ərsəyə gətirmişdir. Librettosu Üzeyir Hacıbəyli tərəfindən xalq rəvayətləri əsasında yazılmış və ilkin adı "Şəhrəbanu" olmuşdur. Bu operadan bizə gəlib çatan bəstələnmiş musiqi parçaları arasında Firuzənin ariyası xüsusilə diqqətəlayiqdir. Onun musiqisi həzinliyi, şairanəliyi ilə fərqlənir. Bu ariya melodiyasının ifadəliliyi və oxunaqlığına görə bəstəkarın yazdığı ən gözəl opera ariyalarından biri hesab edilir. Operanın librettosu Üzeyir Hacıbəylinin "Seçilmiş əsərləri"nin I cildində 1964 – cü ildə nəşr edilmiçdir. Firuzənin ariyası Moskvada (Y. Fidlerin tərcüməsi ilə — 1949; P. Pançenkonun tərcüməsi ilə — 1956) və Bakıda Hacıbəylinin  "Seçilmiş ariyalar, romanslar və mahnılar" toplusu halında tərtibçi və redaktor Ə. Abbasov tərəfindən 1975 – ci ildə nəşr edilmişdir. Bu operanın “Firuzə” ariyası Fidan Qasımova və digər opera sənətkarları tərəfindən Azərbayacanda və ölkəmizdən kənarda təbliğ olunmuş və böyük rəğbətlə qarşılanmışdır.