Səmimiyyət lazım
Daşnak firqəsinin naşiri-əlkari olan “Araç” qəzetəsi Azərbaycan ünvanına təəllüq etmək uzrə bir məqalə yazmışdır ki. bir tərəfdən təhdidamiz və digər tərəfdən etilafcuyanə bir lisanla Ermənistan və Azərbaycan münasibətinə təsir etmək istəyir.
Bu məqaləni “Araç”a yazdıran fəqərə, bir taqım şayiələr imiş ki, guya Azərbaycan hökuməti Zəngəzur tərəfə qoşun taqımları yığıb bura ermənilərin üzərinə müharibə açmaq fikrində imiş.
Qəzetə deyir ki: “Bu xəbərlər doğru olduğu təqdirdə erməni-müsəlman millətlərinin yeni bir imtahan qarşısında qalacaqları naçardır. Azərbaycanın Zəngəzur haqqındakı dəstdirazlığı iki dövlətin biri-birilə müsadimə və çarpışmasını müntəc olacaqdır. Zira Ermənistan Zəngəzuru heç bir halda müdafiəsiz, və tənha qoymaz və əlində mövcud olan bütün qüvvətilə Azərbaycan iqdamatına qarşı müqabilədə bulunar”.
Boylə bir “xox gəldi” təhdidatdan sonra qəzetə, mötadi uzrə, dilini dəgişib Ermənistan hökumətinin “məzayai sülhcüyanə”sindən bəhslə deyir ki: “Erməni Cümhuriyyəti bütün ixtilaflı hüdud məsələlərini bcduni-cəbr müvafiqət mütəqabilə yoluyla halə razıdır. Qonşuları həqqındakı politikası əvvəllərdə də boylə olduğundan indi də eyni fikirdədir. “Məmalih, mübahisələr cəryana əksər ovqat kəskin bir hal kəsb edib də müsəlləh müsadimələrlə nəticəpəzir olursa, qəbahət hər halda Ermənistanda degildir”.
“Araç” qəzetəsinin fikrincə, Böyük Vedi, Naxçıvan, Sürməli və sair bu kimi yerlərdə erməni qoşunu tərəfindən icra edilən qırğın və qətlin səbəbləri xantəkinskilər olub, onun da qəbahəti Ermənistana aid degilmiş. Boylə olan surətdə, bu gün, sabah Zəngəzurda da erməni qılıcı işə buraxılacaqsa, bunun da təqsiri Ermənistan hesabına yazılmayacaqmış. Məqalədən əz cümlə bu da məlum olur ki, Zəngəzur, Ermənistanın cüzi layənfəki imiş. Əlavə məqalədə daşnakların iqtizai-təbiəti olan yalançılıq və iftiralığının gözəl bir məsəli olaraq, Azərbaycanda yaşayan ermənilərin “qaragün”lanndan bəhs edən bir şikayət dəxi vardır.
İstər bu şikayət, istər Ermənistanın “qəbahətsizliginə” aid olan boş və yalan sözlər, cavaba cərh və təkzibə layiq olacaq bir qiymətdə degildirlər. Zatən, daşnakların yalan və iftiralarını rədd və təkzibə ehtiyac yoxdur, çünki onlara inanan və etina edən bir şəxs boylə təsəvvür olunmaz həqiqət hali-cərəyan edən vaqiələr daşnak güruhunun yalan və iftiralarını daima əyan və aşkar etməkdədir.
Ermənistanın “təmayülati-sülhcuyanəsi” həqqındakı bəhsə gəlincə bizə bilümum qafqazlılara burası gözəlcə məlumdur ki, Gürçüstan, Ermənistan və Azərbaycan arasındakı ixtilaflı hüdud məsələlərini itlaf və müvafiqət mütəqabilə yoluylə həll etmək üçün Azərbaycan və Gürcüstan tərəfindən dəfələrlə vaqe olan təklifləri rədd ilə Qafqaz millətlərinin istirahət və asayişini xələldar edən Ararat hökuməti idi.
Gürcülər üzərinə müharibə açan, Qarabağı qan ocağına döndərmək istəyən “türklər düşməni-əbədimizdirlər”, deyən erməni, müsəlman arasında daimi bir xüsumət ibqasına çalışan Naxçıvan, Şərur, Sürməli fəcayeyi-rəzilanəsini yapan və yapdıran bir hökumətin itlaf və müvafiqət meylinin səmimiligini etibar etmək mümkündürmü?
Əlavə Azərbaycanın hər bir məntiq hökmüncə ayrılmaz bir hissəsi olan Zəngəzur həqqında Ararat hökumətilə nə müvafiqət ola bilər? Bu xüsusda Ararat hökumətinə yalnız bunu demək lazımdır ki, ayanlarınızı, casuslarınızı Zəngəzurdan dəf ediniz!
Bizə gözəlcə məlumdur ki, əvvəlcə Qarabağın hər bir tərəfinə saldırılmış və Azərbaycan ermənilərinin məişətlərini özlərinə həram etmiş olan Ararat və daşnak müşəvviqləri Qarabağ ermənilərinin 7-ci yığıncağı nəticəsində düçar olduqları mənəvi bir həziməldən sonra artıq o tərəflərdə dəvam gətirə bilməyib qaçdılar və qaçıb da dairə fəaliyyət olmaq üzrə Zəngəzuru ixtiyar etdilər. Bu gün Zəngəzur tərəfində müsəlmanların mal və canına edilən sui-qəsdlər və bu üzdən o tərəfin erməni və müsəlmanları arasında mövcud olan münaqişə və münaziələrin başlıca səbəbləri Ararat hökumətinin ajan və müşəvviqləridir.
Bunlardır ki, yuxarıdan aldıqları təlimat və müzahirət üzrə Zəngəzur vəziyyətini qarışdırmaq və bilaxirə müsəlləh müsadimələr vüquini naçar edəcək dərəcədə böyük ixtişaş törətmək əməllərinə mübaşir olmaqdadırlar.
Lakin biz ümidvarıq ki, bunların Şuşa və ətrafındakı intiriqalarını sülh və müsalimət təriqi ilə atil və əsərsiz qoyub da böyük bir müvəffəqiyyət göstərmiş olan Azərbaycan hökuməti eyni təriq ilə Zəngəzuru dəxi bu müzürr mikroblardan təmizliyə bilib, oranın ermənilərini də, müsəlmanlannı da fəlakət və bəlalardan xilas edəcəkdir. Bunu da ümid edirik ki, Zəngəzur erməni camaəti Qarabağın sair yerlərindəki ermənilər kimi məqul və səlamat bir yol ixtiyar edib də bu mikrobların dəf və izaləsi işində hökumətimizlə əlbir olacaqdırlar.
Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 233-235.
