Məmləkətimizin halı nasıldır?
Parlaman mətbuatında sağ və sol tərəf müxaliflərinin başlarında və qəlblərində məzən bir mərz vardır. Həqiqəti müxalifətə fəda etmək müntəq və əqilli bir tərəfə atmaq.
Bir məmləkətdə müxalifətin qiymət və səmimiyyəti o zəman təsdiq olunur ki, müəyyən və müştərək mənfəətlər iyicə bilindikdən sonra millətin həyat siyasiyə və amal milliyyəsinə nəsib ədd edilən məsələ və mövzulərdə ixtilaf edilsin.
Bu müxalifət məqul və mötəbərdir. Əgər boylə bir müxalifət olursa hal təbiiydə yaşayan bir camaətə, camaətin, hökumətin və təbii olduğu siyasi cəryanın fənalıqları, xətaləri, nöqsanları həqqında bir qənaət, bir fikir vermək mümkün olur. Yoxsa gəlişigözəl söz söyləmək. Tənqid olsun diyə hər əqlinə gələni yazıb-cızmaq boş bir laf və güzaf olub qalır.
Biz biliriz ki, sol tərəf müxaliflərinin şüarları inqilabçılıqdır. İnqilabçılığın məntiqi yıl diğər məntiqi dört bir tərəfə dönən və heç bir tərəfdə səbat etməyin rəngsiz, məcazsız, təbiətsiz bir şeydir.
Sol hökumət təşkili platformasında ittihad və iştirak elər. Bir az sonra hökumətə sorğulat verər, hökumətdən iftiraq edər.
Sağ tərəf hökumət platformasının əsaslarına tərəfdar olur. Sonra o əsaslan öz əlilə pozmağa çalışır. Sağ tərəfin əlamət fariqəsi, nə hökumətdir, nə də hökumətsizlikdir. Ancaq durğun suyu bulandırmaq.
Az-çox müxalif qəzetələri oxuyan və müxaliflərin tənqid və təriflərini eşidənlər də heyrətlər içərisindədir:
-Nə olmuş, nə varmış?
“Zəhmət sədası” məmləkəti böyük bir bəla və fəlakət içərisində görüyor. Məmləkət batıyor, hökumət yox, rüşvət alanlar çox, məhkəmələr pozuq, burjuylar ciblərini dolduyor, füqərayi- kasibəsi yoluyor. Sağ tərəfdə “İttihad" isə dəha böyük vəlvələ çıxarıyor. Bugünki varlığımız, daxili və xarici siyasətimiz bərbaddır. Bizim dedigimizə kimsə əhəmiyyət vermiyor. Hər kəs öz cibinin faydasına baxır və sairə.
Təəccübdür, bir məmləkətdə parlamentar bizim üsuli olduğdan və demokratik bir cümhuriyyətdə bulunduğundan sonra nə üçün hər fərd əqlinə və məntiqinə görə dilini işlətməsin?
Hökumət göydən enmiş bir şeymidir ki, hər yazı yazanın, hər ağzı işləyənin boş tənqid və təərrüzlərinə məruz qalsın? Parlaman kürsüsündə “mətbuat qanunu” müzakirə edilər ikən cümhuriyyəti o qüvvə təşriyyəsi ilə yaşayan bir hökuməti Nikolay və Əbdülhəmid hökumətlərinə təşbiyyə etmək müxalifətmidir, yoxsa məlamətmi? Xeyr! Burada heç bir əsas yox, heç bir fikir də yox! Ancaq şəxsi tərzlər və şəxsi rəqabətlər var.
İştə bu mərzlə məlul olan “İttihad” da son nömrəsində məqaləmizin sərlövhəsinə qoyduğumuz “Məmləkətimizin halı naşıldır?” ünvanilə Q. B. Qarabəyli tərəfindən yazılmış bir baş məqalə vardır.
“Məmləkətimizin halı naşıldır?” “İttihad” izah ediyor: “Bu suala veriləcək cavablar o qədər çox və bir-birinə müxalifdir ki, xaricdən gəlub məmləkətimizin əhvalına, cəyan edən vüquətə aşinə olmayan bir zat verilən müxtəlif cəvablar qulaq asub eşidəcək olursa, şəxsi qərarını vermək üçün çox mühüm və müşkül bir mövqedə qalmaq məcburiyyətindədir ki, bunu hər kəsin etiraf etmək əlzəm və labüddür!”
Məmləkətin halını tərif və təsvir etmək üçün boylə qapqara bir bədbinlügi taxmadıqda müxalifətmidir? Bu müxalifətdən ziyadə qeyr-səmimi və isterikə yazılardır ki, hədəfi pozğunçuluq, xərabətdir.
“...Məmləkətimiz, istiqlalımız bir qaç mənfəətpərəst şəxsin intiriqası ilə böyük bir böhran içində bulunur ikən qeyr şəxslərin maskası altında oynamasilə vətənimiz daxili və xarici müdhiş bir təhlükənin ərəfəsindədir!..”
Bu sətirləri də mühərririn baş məqaləsinin müqəddiməsində təsvir etdigi xarici bir zatda oxumuş olsa ilk xatirinə gələcək olan şeyi bu məmləkətin oliqarş halında bulundığını fərz etmək olacaqdır. Əcaib şey! Parlaman və cümhuriyyət üsuli-idarəsində yaşayan bir hökumət bir qaç şəxsin intiriqası altında bulunduğunu və müdhiş bir təhlükə qarşısunda olduğunu “İttihad” mühərriri görmüş bilmiş də başqa bir kimsə görüb anlaşmamışmıdır?
“İttiham”ın son nömrüli məqaləsini (Məmləkətimizin halı nasıldır?) sərlövhəli yazılarım oxuduqdan sonra məmləkətin halından heç bir şey anlamadığım halda fəqət gərək sağ və gərəksə sol tərəf müxalifləri həqqinda qəti bir fikir edəndəm:
- Məmləkətin halı nasıldır?..
Cəvab: Sağ və sol tərəf müxaliflərinin yəhud və bisud və pək ziyadə vətən və məmləkətşəkən hücum və tənqidləri baqi qaldıqca pək fənadır, qeyr-müthəməldir, yəsavərdir.
İştə “Məmləkətimizin halı nasıldır?” məqaləsindən çıxan zehniyyətlərdən anlaşılacaq bir şey!..
Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 259-261.
