Üzeyir Hacıbəyli

Nə ilə sakit ola bilərik

Şəhərimizdə bizdən biizin və bizim rizamız olmadığı halda, təşkil edilməkdə olan rus-erməni könüllü qoşun məsələsi həqqində qəzetəmizin keçən nömrəsində hökumət tərəfindən tədbirlər görüldüyü yazılmışdı. Parlamanımız seşənbə günü iclasında bu tədbirlər xüsusunda hökumətin ağzından daha geniş məlumat aldıq. Baş vəzir Eətəli xan cənabları bu barədə gördüyü tədbirləri və əhvalın çegunələgini parlamana bildirdi. Əvvəla məlum oldu ki, Azərbaycan paytəxtində yabançı qoşun təşkilatı təşəbbüsləri general Tomson dəxi qeyri təbii görünən bir vaqeədır. Və saniyən bunu bildik ki, İçərişəhərdə, tazəpir yanında və Salyan qışlalarındaki qoşun mənzillərini tutmaq kibi cəsarətdə bulunmuş könüllülər, hökumətimizin əmrinə görə həman yerləri beş gün ərzində boşaltmağa söz veribdirlər. Bu dəxi bizə məlum oldu ki, könüllü qoşun mütəşəbbislərinin Bakudə heç olmasa bir yüz, iki yüz qeyri-nizami qoşun saxlamaq rizasında hökumətimiz razı olmuyubdur.

"Lakin bununla sakit olub da başımızı yastığa qoyub arxayın olmamaliyıq!" sözlərini Fətəli xan həzrətləri əlavə etdi.

Bu qəbul! Əlbəttə, əhali də, parlaman da bugündən boylə əhval və ovzat ciddiliyinə daha artıq əhəmiyyət verib və lazıminca diqqət yetirib hər bir barədə ayiq olmalıdırlar. Lakin bu ayığlıq vəzifəsi təbiidir ki, hamıdan artıq hökumət üzərinə tərtib edir. Hökumət əhalidən daha artıq ayıq və huşyar olmalıdır ki, həngam zərurətdə hay-huy salıb yastığa baş qoymuş olanları oyatsın. Bu axırkilərin də vəzifəsi odur ki, oyanan kibi bədun həyəcan və təşviş kəmali-etidal dəmlə amadə olub hökumət əmrlərini və bənagüzarlığlarını yerinə yetirmək üçün hazırlaşsınlar.

Lakin Fətəli xan həzrətlərinin srağagünkü sözlərindən sonra bizi heyrət və təəccübə gətirən dünənki "İznamiya truda" qəzetəsində könüllü ordu komandanı Prjevalskinin rəyi həqqındakı sözləridir. Bu generalın dediginə görə Kaspi flotunun üssül hər ki mövqei Bakıda olacaqdır. Əlavə general bəyan etmişdir ki, Qafqaz cümhuriyyətlərindən Dağıstan ilə Azərbaycan hökumətləri, rus qüvvə məsələsinin bu cümhuriyyətlər toprağında qalmasına və buralarda könüllü ordu təşkilinə mane degilmişlər...

Şübhəsiz general Prjevalskinin bu sözləri, bizim gözümüz onun də təşkil edilən yabançı qoşunları görə-görə indiyə qədər kiriyib durmağımızdan irəli gələn təbii bir toxdaqlıq və Azərbaycanlığdır. Prjevalski buraya qoşun düzəltməkdən ötrü gəldigini biz bilirdik. Bainhəmə onun paytəxtimizə ayaq basmasına mane olmadıq, nə xəbər verdik ki, gəlməsin, nə də gələndən sonra həbs etdik. Prjevalski buraya gəlib könüllü qoşunu təşkilə etmək üçün müsaid bir zəmin gördi. Əlaltından işləyənlər ki, biz onları nədənsə görmürük, görsək də nədənsə görməməzligə vururuq - Prjevalski üçün bir çox ləvazimat hazır etmişdilər. Deməli, Prjevalski binası qoyulmuş işi itmamə yetirmək təşəbbüsünə girdi və heç bir tərəfdən müaminət görməyib getdikcə cəsarətini artırdı və qoşunu üçün evlərimizi də rekvizit etməgə başladı və şəhərin sövqəlcişcə mühüm olan nöqtələrini bilaməhabe işğal etdi və əminik ki, əgər Soçi əhvalatı bizi şübhə və əndişələrə salmasa idi, biz axıra qədər kirimiş qalardıq və o "axər" bundan ibarət olacaq idi ki, şəhərimiz prijevalskilər əlinə keçib Azərbaycan hökuməti yerinə yenə rus hökuməti əyləşəcək idi və ingilis komandası da "əmr vaqe" qarşusunda sükuti-ixtiyar edib, heç bir söz dimiyəcək idi. Ancaq ola bilər səy edəcək idi ki, şuluğluq olmasın.

Fəqət genə də şükürlər olsun ki, biz bir az gec də olsa, bir balaca tərpəndik və bu işlərin xoşumuza gəlmədigini lazım olan yerlərinə bəyan etdik. Bizə söz verdilər ki, bir də bu cürə işlər olmayacaqdır, olan iş dayandırılacaqdır. Və tutulmuş evlərimiz boşaldılacağdır. Beş gün möhlət istəyirdilər: nə etməli? Möhlət vermişik, ancaq günləri sayacıq ki, beş gündən artıq çəkməsin.

Lakin "başımızı yastığa qoyub" bir o qədər arxayın olmamalıyıq.

Əvvəla, bunu nəzərdə tutmalıdır ki, istiqlalımızın düşmənləri bizim qəflətimizdən istifadə edərək şəhərimizdə kök salıbdırlar. Və bu kök o qədər bərkiyibdir ki, onu yerindən qoparmaq üçün mərdanə himmət lazımdır. Əgər bütün kökü birdən-birə qoparmaq mümkün deyilsə, rişələrini parça-parça çıxartmaq əməliyyatına məşğul olmalıdır.

Ən əvvəl lazım olanı budur ki, tez bir zəmanda öz qoşunumuzdan heç olmasa bir-iki bölük şəhərimizə daxil edilib, lazım olan mövqelərdə yerləşdirilsin. Ancaq qoşun tez gəlsin. Hökumət bu qoşunun tezliklə gələcəginə vəd etdi. Lakin "tez" sözü nisbi bir təbirdir. Üç günə də "tez" demək olar, bir ilə də! Biz istərdik ki, bu "tez" üç günlük "tez"lərdən olsun. Vəilla iş o məqama çatar ki, "tez" dönüb, gec olar. Zatən Tomson həzrətlərinin "Azərbaycanda Azərbaycan hökuməti məşru bir hökumətdir" sözlərindən sonra bizim qoşunumuz burada olmalı idi. Zira bu sözdən sonra daha daxili işlərimizə ondan-bundan "izn"lər almağa ehtiyac yoxdur. Tomsonun bu sözlərindən kamalınca istifadə etmək lazım idi. Bu sözlərdən istifadə edib də Qarabağa general-qubernator təyin etməgimiz şayan təqdir və təhsin təşəbbüs isə, haman sözlərdən sonra paytəxtimizə qoşunumuzu gətirməyə və mərkəzimizə yabançı generallar buraxmaq işimiz dedikcə şayan təəssüf bir hadisədir...

Hər halda qəflətimizin fəna nəticələrini rəf etmək üçün əcələ ilə işə girişməliyik və mümkün olduğu qədər tezlik ilə qoşunumuzi paytaxtımıza götürməliyiz.

İkinci olaraq, şəhərimizi yabançılardan təmizləməliyiz, dəxi vəxdir ki, biz də Gürcüstan kibi məsələni "köndələn" qoyub bizi tanımaq istəməyənlərə iki şey təklif edək: ya bizi tanımaq və ya paytəxtimizi boşaltmaq. Bu iki şeydən birini qəbul etdirməliyiz! Vəilla iş o məqamə çatur ki, biz özümüzə iki şeydən birini təklif etməgə başlayırlar. Məsələ, şəhərimizdə asudəlik ilə əlaltınca işlər görülməkdə olan rus milli komitəsinin naşiri-əfkari "Yedinaya Rossiya" qəzetəsi dünənki baş məqaləsində bizə təklif edir ki, ya bolşevikləri qəbul edək, ya denikinləri. Və özü də öz yanında məsləhət görür ki, qəbulluq üçün denikinləri seçək, çünki bunlar bolşeviklərdən daha məsləhətdirlər.

Nə qədər acınacaq əhval! Gürcüstan hökuməti rus milli komitəsini ləğv edib, sədrini həbsə alır, əmma biz komitənin "məsləhət"lərini dinləmək kibi şərəfsiz bir halə düşmüşük! Halbuki nə müharibə etmişik ki, basılmış olaq, nə də özümüzü o halə salmışıq ki, "məsləhətçi"lərə möhtac qalaq. Fəqət rus milli komitəsinin bu sözləri bir qədər "məsləhət" degil, nə qədər ki, təhdiddir! Bizim "mehmannəvazlığımız" və yabançılar tərəfindən degil ki, təqdir edilmir. Bəlkə bu xasiyyətlərimizi şüursuzluq və cəbunluğumuza isnad edib bizi hədələməyə və bizə "məsləhətamiz" təkliflər qəbul etdirmək təşəbbüsünə cəsarət edirlər...

Tələsmək, tələsmək lazımdır! Vəilla özgələrin bizi qabağlamaq təhlükəsi əlamətləri görünməkdədir:

Sər çeşmə bayəd gereftən bebil,
Çupor şod nəbaşəd qozəştən bebil!

Ümumi tədbir olaraq, biz özümüzü hücum qarşısinda müdafiədə bulunmaq vəziyyətinə salmalıyıq. Bizə qarşu müxtəlif hücumlar hazırlanır. Bu vaxta ki, o vüqu olacağı şübhəsizdir-qorxuludur. Lakin biz müdafiə və mühafizəyə hazır olsaq, o halda qorxu yoxdur.

"Əlac vaqiə piş əz vüqu bayəd kərd" degibdirlər. Özümüzü hər bir barədə müdafiə halına salıb bizimlə həmməslək olan həmcivar qonşularmızla da möhkəm surətdə əlbir olmalıyıq. Türkliyimizə məxsus cəsarətimiz və islamlığımıza məxsus şücaətimiz düşmənlərimizə qarşı dağıdılmaz bir səngər hökmündə olduğu hər kəsə əyandır, lakin içimiz və çölümüz dəxi texnik cəhətincə möhkəm olarsa düşmənlərimiz səngərlərimizin qeyr-qail fəth bir halda olduğunu görüb də kor və peşman olub, ola bilsin ki, əbədilik bir surətdə bizdən əl çəkərlər.

Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 97-100.