Üzeyir Hacıbəyli

Müvəffəqiyyətlərimiz

Bir vaxt var idi ki, cavan dövlətimizin siyasi halı, həm xaricən və həm daxilən çox yazıq və hətta gülünc bir halda idi. Bu o zaman idi ki, bir tərəfdən ana vətəndən ayn qalıb da yabançıların dəstgiri olmuş Lənkəran müsəlmanlarının ah və nalələri qulaqlarımızı deşib, qəlbimizi yandırmağda, digər tərəfdən Naxçıvan türkləri ümid və arzularından məyus olub xaricilər təht əsarətinə keçməkdə, bir tərəfdən də əhalimizi təngə gətirməkdə məişət və güzəranlarına xal və zərər yetirməkdə olan Qarabağ məsələsi qeyri-məmul bir surətə düşmək üzrə idi. Bunun üzərinə şimalın qara və qırmızı təhlükələri əlavə olunmaqdan başqa düşmənlərimizin daxilimizdə törətməkdə olduqları intiriqaları dəxi əhvalı daha da pərişan və çarəsiz bir surətə salmışdı. Buna görə dövlətimizin zimam idarəsini əlinə tapşırmış olduğumuz hökumətin hali dedikcə ağır, çətin və müşkil idi.

Burasını da qeyd etməlidir ki, o zamanlarda hökumətimiz öz işində təmamilə sərbəst olmayıb xarici bir əl, bir çox işlər də hökumətin qabağını kəsib bir parə mühüm tədbirlər icrasına yol vermiyordi.

Nə qədər xuddarlıq, nə qədər müdbirlik və nə qədər mənəvi qüvvət sahibi olmaq lazım idi ki, məmləkəti oda atmadan, əhalini bəlalərə salmadan və asayişi-ümumini xələldar etmədən bu işkalların hamısını boylə bir ağır şərait içində bir-bir dəf edib məmləkəti bu pərişan haldan çıxartmaq mümkün ola idi.

Görünür yenicə təşkil etmiş olan Azərbaycan türk dövlətinin həm başında duranların da və həm də əhalisinin özündə boylə ali və qiymətli sifət və məziyyətlər varmış ki, yuxanda sadaladığımız əşkallar onların həmiyyət və mətanəti-mərdanəsi qarşısında davam gətirə bilməyib dəf və rəf edilməyə üz qoydu bir az vəxt keçdi. Bu məsəllər hamısı Azərbaycan türklərinin arzusu mucibincə həll və fəsi edildi.

Bu əhvalını yəni boylə çətinlik aqilanə və müdəbbiranə bir surətdə dəf edilə bilinməsi fuqərəsini təqdir etməmək qabil degildir. Bu vaqe Azərbaycan türklərinin idareyiümur dövlət içində böyük bir istedad və qabiliyyət sahibi olduğlarına şafı və kafi bir şahid və qeyri-qabili-inkar bir dəlildir. Məsləkləri bizi həmişə söymək və ləyaqətsizlikdə ittiham etməkdən ibarət olan düşmənlərimiz bizim bu qədər böyük olan siyasi müvəffəqiyyətlərimizə göz yumub guya əhəmiyyət boylə vermiyorlər və bu vaqeələri heç mənzələsində hesab edirlər. Biz isə öz eyiblərimizi gizlətməgimiz kimi öz hünərlərimizə də göz yuma bilmərik. Boylə mühüm vəqələri bütün əhəmiyyətilə səbt etmək və tariximizin şanlı səhifələrinə keçirməgə borcluyuq.

Qonşu cümhuriyyətlərimiz boylə məsələləri həll etmək üçün nə qədər qan tökmək və nə qədər can fəda etmək məcburiyyətində olduğlarını, zənn edirəm ki, hələ heç bir kəs unutmamışdır. Azərbaycan isə həman heç bir qurban vermədən və qan tökmədən bu cür müşkül məsələləri müdəbbiranə bir surətdə həll edə bilmək istedadını aşkar etdi.

Ümidvarıq ki, bu əsnalər də içimizdə yaşamağda və siyasətimizə göz yetirməkdə olan əcnəbilər öz məmləkətlərinə qayıdıb da Azərbaycan və Azərbaycan türkləri haqqında zəlalətə düşürülmüş və sui-təfhimlərə qapılmış olan vətəndaşlarına həqiqət hali-bəyan ilə bizim varlığımızı və varlığa layiq olduğumuzu aşkar edər və Avropanı Azərbaycan türklərinə və təşkil etmiş olduqları cavan cümhuriyyətə xüsusi əhəmiyyət yetirmək və layiqincə diqqət vermək məcburiyyətində qoyarlar.

Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 195-196.