Kabinə təşkilinə aid
Rəisül-vükəla Nəsib bəy Yusifbəyli həzrətlərinin istefası xəbəri Azərbaycanın həqiqi demokratiya və füqərayi-kasibəsini təlaş və əndişələrə saldı.
Bu vəqə yəni Azərbaycan fələ əmələ əsnaf sənətkar və bilümum bütün həqiqi demokratlarının Nəsib bəyə tərəfdar çıxub da onun təkrar ümuri-idarə başında olmamış cüda və misranə bir surətdə arzu etmələri Nəsib bəy əleyhində olamlar üçün bir sillə və Azərbaycan füqərayi-kasibəsi namına Nəsib bəyi danlamağa qalxışanlardan ötrü bir şapalağdır.
Hökumətimizi bəy-xan hökuməti deyə nahəqq yerə töhmətləndirmək istəyənlər dəxi bu vəqə dolayisilə mənəvi bir zərbə yedilər, zənn edirəm. Çünki Nəsib bəyin istefasına qarşı protesto sədalarını çıxaranlar, bəylər və xanlar degil məmləkətimizin demokrat və füqərayi-kasibə sinfidir. İndiyə qədər nə bir bəydən və nə bir xandan Nəsib bəydən yerində qalsun deyə bir səs, ya bir arzu eşitmədik. Halbuki hökumətimiz vaqeən bəy-xan hökuməti olsa idi bu istefadən dolayi təlaş və əndişələrə düşənlər dəxi bəylər və xanlar sinfi olardı, nəinki demokrat və füqərayi-kasibə.
Nəsib bəy nə üçün istefa etdi? Onun üçün ki, sosialist fraqsiyasınm yersiz çıxışı onun qəlbini sındırdı.
Bir adəm ki, ağır şərait içində yaman günlər keçirməkdə olan vətənin zamani-idarəsini əlinə alub məsuliyyət yükünü üzərinə götürə və boylə nazik bir zamanda müdəbbiranə bir siyasət yeridub də vətəni nəinki təhlükələrdən qoruya, hətta həman qan tökməkdən, qurban verməkdən böyük-böyük siyasi müvəffəqiyyətlər qazandıra, həlli dedikcə müşkül olan məsələləri kəmali-sühulətlə həll edə, bizi təhdid edən təhlükələri bər tərəf edib mövqeyimizi biganələr nəzərində möhtərəm bir halə sala, o adəm bir bu qədər müvəffəqiyyətlərdən sonra heç olmasa bir quru “çox sağ ol” də eşiməyib onun əvəzində nahəqq yerə təkdirə məzəmmət və məlamətlər dinləməgə məcbur olarsa, əlbəttə, onun qəlbi sınıb rəncidə xatir olar.
Bu fəqərə istefanın psixoloji səbəbidir. Lakin səbəbi istefa yalnız bundan ibarət olmuş olsa idi.
Nəsib bəyi hissiyyata qapılmağla ittiham edub sögülsən də dögülsən də sən öz vəzifəndə sabitqədəm olmalısan deyən olardı. Fəqət digər bir səbəb dəxi vardır ki. o da parlamantarizm rəsmiyyətinin pozulmasıdır. Boylə ki, sosialistlər sorğusunun nəticəsində Nəsib bəy kobinəsinə ctimat göstərən dimək olar ki, yalnız bir “Müsavat” fraksiası oldu. Doğrudur, bu etimad əksəriyyət arada qazandı və kabinə istefasına səbəb qalmadı, lakin Nəsib bəy kabinəsi təşkilində öz adamları vasitəsilə iştirak edib, əvvəlcə bu kabinəyə etimad göstərənlərin birdən dönüb də xilafgiranə bir vəziyyət almaları, əcayib-qərayibligi bir tərəfdə dursun, hökumətin istinad edəcəgi parlaman əksəriyyətligini pozub istinadgahi xələldar etdi. Boylə ki, əvvəl də Nəsib bəy kabinəsi düzəlirkən “Müsavat” sosialistlər və “Əhrar” fraksiyaları bu kabinə təşkili üçün adamlər verdilər.
Məsələn, “Müsavaf’dan Nəsib bəy özü, Ağa Əminov və Nəriman bəy, sosialistlərdən Aslan bəy Səfikürdli, Cəmo bəy Hacınski və “Əhrar’dan Aslan bəy Qardaşov və beləliklə, bu kabinə üçün istinadgah olmaq üzrə bu parlaman əksəriyyəti təşkil etdilər, lakin kabina işə başlayub bir bu qədər müvəffəqiyyətlərə nail olduğu bir zamanda ki, mövqe daha bərkimiş olmalı idi, sosialistlərlə “Əhrar” fraksiasi intizar xaricində olaraq birdən-birə xilafgir bir vəziyyət alub, istinadgahi laxlatdılar.
Nəsib bəy kabinəsinin istinad etdigi mövqeyi zəif görüb, istefa etdi, etdi ki, əgər təkrar seçilərsə, mövqeyini möhkəmlətsin, istinadgahını bərkitsin, yox, seçilməzsə, o başqa məsələ.
Keçən gün xəbər verdigimiz üzrə parlaman rəisi həzrətləri yeni kabinə təşkilini təkrar Nəsib bəyə həvalə etmişdir. Deməli, həqiqi Azərbaycan demokrat və füqərayi-kasibəsinin arzu və tələbləri bununla ishaf edilmiş olur.
Şimdi Nəsib bəy yeni kabinə düzəltməlidirlər. Bu kabinəyi təşkil edərkən, əlbəttə, təkrar sosialistlərə və ya “Əhrar’ə müraciət etməgə artıq məhəl qalmiyor. Çünki bu fraksiyalar öz sözlərinin üstündə dura bilmiyib, özlərini “komprumitə” etdilər. İndi ki, bunlar müxalifgirlik ixtiyar etmiş oldular, o surətdə Nəsib bəy kabinəsində iştirak edə bilməzlər və hətta xilafgirlikdən əl çəkmək istəsələr də yenə güman yoxdur. Nəsib bəy bu vəqədən sonra təkrar bunlara bel bağlaya bilsun.
Ona görə təbiidir ki, parlamanın başqa fraksiyalarına müraciət etmək lazım gələcəkdir.
Zənn edilir ki, ümuri-idarə dövlət işlərinə sağlam bir nəzərlə baxub rast və müstəqim bir yol ilə iş aparılması tərəfdarı olanların kömək və müavinətlərinə istinad edib də parlaman əksəriyyətinin etimadına məzhər olacaq bir kabinə təşkili Nəsib bəy üçün bir o qədər də çətin olmayacaqdır. Ümumin arzusu budur ki, Nəsib bəy həzrətləri öz kabinəsini tezlik ilə düzəltdirub cümhuriyyətimizin idareyi-ümurinə əvvəlkindən daha artıq ciddiyyət və müvəffəqiyyətlərlə mübaşir olsunlar.
Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 214-216.
