Üzeyir Hacıbəyli

Dağıstan haqqında

Dağıstandan gələn xəbərlərə görə dabravollar əleyhinə qaldırılmış olan üsyan getdikcə kəsbi-şiddət və tövsiyi dairə edib umumşimali Qafqazın hər bir yerinə yayılmağdadır.

Üsyan, od tutmuş taylar kibi orada-burada alovlanıb ümumi bir yanğın meydanına dönmək təhlükəsilə Denikin idarəsini təmamiiə məhv edəcək müdhiş bir hal kəsb etməkdədir.

Dərbəndin Teymurxan Şuranın işğalı Petrovskin təhlükəsi, Qroznının halı və sairə bu kibi dağıstanlılar müvəffəqiyyətlərini göstərən qüduatə aid xəbərlərdən anlaşıldığı üzrə dabrovollar böyük bir müşkilat içində olub, bu müdhiş qiyamı asan vəchlə və ola bilsin ki, heç bir vəchlə yatırda bilməyəcəkdirlər.

Bu vüquatın əsl sirri nədir?

Bəzilər deyirlər ki, Dağıstan ixtilalı, Denikin arxasında müşkülat törətmək və bununla Denikin qüvvətini pərişan və pərakəndəliklə zəif bir hala salmaq niyyətilə bolşeviklər tərəfindən icra olunan təşviqat nəticəsidir.

Digərləri bu ixtilalı dabrovolların dağıstanlılardan qoşun yığmaq, ağır vergilər almaq, əhaliyə dürlü-dürlü əziyyətlər yetirmək, qazaxları onların üzərinə müsəllət etmək kibi zalımanə və birəhmanə rəftar nəticəsi bilirlər.

O da, bu da doğru ola bilər vaqeən Denikin arxasında nə qədər böyük müşkilat əmələ gələrsə bolşeviklər üçün ünsiyyətdə yüngülük hasil edilər. Bu üzdən Dağıstan üsyanını davam və tövsi etdirmək üçün bolşeviklər əlindən gələni müzayiqə etməzlər.

Və saniyən, dabrovollann məzalimi, baxüsus, qazaxların hədd və nəhayət bilməyən azğınlıqları və bu kibi müstəbdanə müamilə və zalimanə rəftar dəxi cana doymuş əhalini təngə gətirib üsyan və qiyama səbəb ola bilər.

Lakin arada bolşevik təşviqatı mövcud olmasa idi və dabrovollar Dağıstan əhli ilə adilanə müamilə və mülayim rəftar ilə dolansa idilər Dağıstan ixtilalı zühur etməzmi idi?

Biz bu zəndəyik ki edərdi və edərdi nə o səbəbə ki, Dağıstan əhli dinc durmazdırlar, xeyr, o səbəbə ki, bütün dünyanı çaxna-vaxnaya salmış olan bu aləmşümül müharibədən sonra, köhnə adətlərin, çürük əsaslann, qoxmuş üsulların təkrar ədası artıq mümkün degildir.

O köhnə adət, çürük əsas və qoxmuş üsullardan ən təhət mülkü- dazı, ən zəhləgedəni, ən mirdarı bir millətin başqa bir millət üzərində ağa olması, qəyyum kəsilməsi və sahiblənməsidir.

Aləmşümül müharibə nəticəsi olaraq əsir millətlər, baxüsus, rus istibdadi əsarəti altında inləyənlər hər növ ilə oldusa da azadlıq şərbətinin şirinliyini datdılar. Və gördülər ki, müstəqil və qəyyumsuz yaşarkən əsarət sıxıntıları altından azad olub hər bir fərd öz vücudunda bir yüngüllük hiss edir, asudə nəfəs ala bilir. Hökumət öz hökuməti, qoşun öz qoşunu, məktəb öz məktəbi, öz dili, öz adəti, öz qaidəsi.

Buna, bu azadlığa və istiqlalə nail olmuş bir millət təkrar başqalar əlində qul və əsir olmağa razı olarmı?

Doğrudur, Dağıstan istiqlalı ümüməhalini təmini-məişət, əmnü- asayiş, nizam və qayda cəhtlər necə məmnun buraxacaq dərəcəyə gəlib yetişməmişdi. Hökumət və parlaman hələ fəaliyyətlərini o miqdarda biruzə verməmişdilər ki, istiqlalını elan etdikləri vətənlərini bugünkü Azərbaycan və ya Gürcüstan halına gətirə bilsinlər.

Fəqət, əvvəla, bu var ki, dağıstanlılara bütün mənasilə müstəqil yaşamağa fürsət vermədilər, saniyən, Dağıstan istiqlaliyyətlərinə yaraşan bir tərz idarə qurulmasında mane olan bir çox xırda-xırda vəqələr bir tərəf edilməmişdi.

Lakin hər halda Dağıstan yeni həyat sahəsinə daxil olmuşdu, istibdad zülmətindən xilas olmuş ümuməsir millətlərin üzərinə doğan günəş, onları da qızdırmağa və nurlandırmağa başlamışdı. Və biz əminik ki, əgər Denikin Dağıstanı istila etməmiş olsa idi, bu gün Dağıstan dəxi Azərbaycan kibi azad və mürəffəhülhal bir məişət keçirməkdə olardı. Bacarıqsız hökumət düşərdi, əvəzində fəal, əzmkar, sədaqətli bir hökumət əmələ gəlib məmləkəti müəyyən bir qaydaya salardı.

Dağıstan işğalı, Denikinin böyük bir xətası idi ki, bu gün haman xətanın acı məhsul və təhlükəli nəticələrini görməkdədir.

Təəccübdür ki, bu qədər inqilab, bu qədər hadisat çürük fikirli imperialistlərin əql və hislərində heç bir təsir icra edə bilməyib nə başlarındakı fikri əskilikdən yeniliyə münqəlb, nə qəlblərindəki hisləri yamanlığdan yaxşılığa təbdil etdi.

Lakin, heyhat! Bu imperializm fikri degil, yalnız müstəbid rus generallarının başında hətta bu inqilabı törədən rus revolyusenerlərin xəyalını boylə işğal etməkdədir ki, hamısından təəccübrağı hər bir şeydən heyrətlisi budur.

Hər bir millət azad və müstəqil olmalıdır. Bu fikri nə bir rus irticapərəst generalının, nə bolşeviklik edən rus mujikinin, nə də hansı firqədən olursa bir rus intiligentinin başına girdirmək mümkün olmayır.

Biz əminik kı, əgər Dağıstanı rus irticapərəstləri degil, rus bolşevikləri tutmuş olsa idilər, onlar dəxi dabrovollar kimi bugünki üsyanlar qarşısunda əl-ayaq çalmağa məcbur olardılar.

Odur ki, bugünkü Dağıstan ixtilalı yalnız dabrovollulara qarşı üsyan degildir, istiqlallarının qəsb və ləğvinə qarşı müdhiş və qanlı bir etiraz və ümumimperialistlərə qarşı əzim bir protesto nümayişidir.

Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 217-219.