Nuri-didə Ceyhun!: [18 dekabr 1919-cu il]
Salam-duadan sonra kağızın və uşağların şəkli gəlib yetişdi və bizi çox şad etdi. Sənə çatan pul görünür ki, Zülfüqar göndərən imiş, mən göndərən pulun çatması xüsusunda bir şey yazmırsan, o pulu mən həman 18 noyabr kağızımdan bir üç gün qabaq göndərmişdim, (Cəmal vasitəsilə) zənn edirəm ki, o da indilərə kimi sənə çatıbdır. Bu gün dəxi sənə 25 dollar göndərdim, ziyafət edəsiniz. Heyif ki, sən yazmadın görək sizin üçün orada dollar mənfəətdir, yoxsa ingilis fundı.
Əlavə mənim diplom almaq məsələm get-gedə daha da əhəmiyyət kəsb edir. Çox ümidvaram ki, bu sənə axırında ikmali-təhsilə gedəcəgəm. Əlbəttə, mən getməli və sən də gəlməli olsan, o halda əvvəl məni gözlərsən ki, əvvəlcə bir görüşək və məsləhətləşək ondan sonrası gələrsən buraya mən də təhsilə məşğul olaram.
Şövkət xanım yaxşı adamdır, fəqət onun axmaq sözlərinə qulaq asma. Onun əri aferistin biridir. Burada duruş edə bilməyib qaçdı.
Sən ondan göz-qulaq ol ki, bizim əsərlərdən orada çap etdirib satmasm, çünki mənim bir neçə danə ikisəsli xorlarım onda qalıbdır.
Uşağlar, maşallah, böyüyübdürlər və Timuçin lap Ceyçikə çatıbdır, nənəm və biz hamımız şəklə çox sevindik. Əlbəttə, bütün səyinizi uşağların və özünüzün salamətliğinizə həsr etməlisiniz və hər bir barədə ehtiyatlı olmalısınız. Baqi hamının sizə artıq-artıq salam-duası vardır. Məleykə və mən sizi və uşaqlan öpürük.
Bəradərin Üzeyir. 18 dekabr (1919)
Arxivçi tərəfindən qeyd edilən və mötərizəyə alınan tarix səhvdir. Çünki Timuçin 1921-ci ildə anadan olub.
Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 320.
