Üzeyir Hacıbəyli

Vəzifəmiz nədir

Erməni-gürcü toqquşması artıq adi müharibə şəklinə girdi demək caizdir. Bir tərəfdən erməni qoşunu baş komandanı Dronu'n Gürcüstan elçisi Midivaniyə rəsmi su rətdə elani-hərb mahiyyətini haiz olan təcavüz xəbərdarlığı, digər tərəfdən Gürcüstan hökumətinin təkrar səfərbərlik elanı və bu yandan dəxi hər iki tərəfin qoşununun tam hərb üsuluna müvafiq kəmali-şiddət və təhəwürilə vuruşması, qarşımızda yeni bir müharibə meydanı açıldığını ələnən isbat etməkdədir.

Deməli, qonşuluğumuzda müharibə gedir.

Müharibənin gedişini həqiqi və bitərəfanə bir surətdə təsəvvür etmək üçün əlimizdə məlumat olmağı lazım idi. Boylə məlumat ki, bu tərəfin də, o tərəfin də əhvalını bizə təsvir edə idi. Halbuki hasil etdigimiz məlumat ancaq bir tərəfdən gəlir, o biri tərəfdən müharibə gedişi xəbərləri bizə çatmayır. Doğrudur, gürcü qonşumuz tərəfindən alınan məlumata inanmamağa bizim heç bir həqqımız yoxdur və burası da bizə yəqindir ki, xəbərlərin doğrusunu biz ancaq bu tərəfdən biləcəyik, lakin nə təhər olsa da müharibə zəmanında sansur hökmünün icrası, həqiqət halın tamaşasına insanın ancaq bir gözünə müsaidət verir.

Müharibənin nədən başlandığını və bu tökülən qanların məsuliyyəti kimin üzərinə düşdüyü məsələsinə hələlik əl vurmayıb da, əmri-vaqe qarşısında özümüzün nasıl bir vəziyyət alacağımızdan və nə vəzifələrdə bulunacağımızdan bir qədər danışaq.

Həman məsələ parlamanımızın fövqəladə iclasında danışılarkən məbus əfəndilərdən Səfikürdski cənabları qonşularımızın miyanındakı bu müharibəni iki qardaş arasına düşən davaya oxşadıb, bizi də bacı məsəlində qoyub.

Tələb edirdi ki, bayrağımızı bacı çadrası kimi dava edənlərin arasına atıb vuruşmam dayandırmaq üçün var qüvvəmizi sərf edək.

Əlbəttə, vuruşanlar haqqında vuruşanlardan hər birinin bizə qarşı caiz gördükləri vəziyyət haqqında və bu işlərin nədən nəşət etdigi şərait barəsində hər bir kəsin nəzəriyyatı öz məlumatı və mülahizatı əsası üzrə qurulduğundan, müharibələrin halı və bizim münasibətimiz, hər kəsin xəyalında xüsusi bir şəkildə təcəssüm edəcəyi təbiidir. Biz isə əhvali xəyalımızda bir surətdə təsvir edirik ki, iki qonşu evi od tutub yanmaqdadır. Boylə olan surətdə bizim vəzifəmiz aşkardır. Odun öz evimizə keçməməsi üçün lazım olan tədbirləri görmək və bu möhlik yanğını basdırmaq və keçirmək üçün əlimizdə olan vasitələrə kəmali- əcələ ilə tövsəl edək. Odur ki, genə məbus əfəndilərdən doxtur Qarabəyin hüdudumuzun mühafizəsi xüsusundakı sualı, münasibətimizin təyini və ölkəmizin asayişi nöqteyi-nəzərindən daha həqiqi bir yola işarə olduğunu inkar etmək və nəzər-diqqətə almamaq heç bir vəchlə mümkün deyildir. Odu hələ indiyə qədər sönməmiş olan aləmşümül müharibənin ауrı-ауrı vaqelərindən olmaq üzrə müharibədə qazanmaq üçün sövqəlceyş hökmü tələbilə, bitərəf durmaq istəyən dövlətlərin yerindən qoşun keçirmək və bitərəf dövlətin əhalisini “qoşun keçdi” nəticəsindən əmələ gələn fəlakətlərə məruz qalmaq kimi hadisələrin vaqeyi gözümüz önündədir.

Bu mülahizə ilə hüdudumuzun və bitərəfliyimizin mühafizəsi üçün birinci tədbir olaraq bu işə baş qoşmalı, ondan sonra var qüvvəmizi iki qonşunu barışdırmaq yoluna sərf etməliyik.

Rəisül-vüzəra Fətəli xan cənablarının doxtur Qarabəyə verdigi cavabından, hökumətimizin əvvəl-əvvəl bu işə iqdam etdiyini kəmali- məmnuniyyət ilə eşitdik, bunu təkrar söyləməkdən məqsəd, parla- manımızın. camaətimizin etibar və etimad etdigi hökumətimizə yol göstərmək deyildi, hökumət öz vəzifəsini bilir. Fəqət Səfikürdski cənablarının iki qardaşı barışdırmaq üçün tezlik ilə araya soxulmağımızı tələb etməyinə əlavə olmaq üzrə əvvəlcə evimizə yanğından od düşə bilər ehtimalına qarşı möhkəm surətdə mühafizə etməyə və ondan sonra yanğını keçirməgə yügürmək borcumuz və vəzifəmiz olduğunu ixtar etməyi faydadan xali görmədik.

Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 45-46.