Üzeyir Hacıbəyli

Başlanır

Erməni quldurlarının, istər Andranik olsun, istər onu göndərənlər olsun, hərəkati-şeytaniyəsindən dolayi Qarabağ üzərində əmələ gəlmiş olan şərait fövqəladə nəticəsi olaraq Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayil uyezdlərindən ibarət olan Qarabağı xüsusi bir general-qubernatorluq halına salıb, bu ağır məmuriyyəti Xosrovbəy Sultanov cənablarına tapşırdıq. Bizim bu əməlimiz ki daxili işlərimizə aid bir əmrdir və heç bir kəsə dəxli və təsərrifi yoxdur, Ararat hökumətini degindirdi. Ararat hökuməti həmişəki adəti üzrə həqsiz olaraq degindi, lakin hökumətimizdən həqq və sabit bir cavabi-şafı alıb hələlik rəsmən kiriməgə məcbur oldu.

Fəqət Ararat hökuməti ağzını yumdusa da əvəzində qeyri-rəsmi ağzını açdı. O ağız paytəxtimizdə çıxan və üzərimizə bilamühabə və biduni-həya sögüşlər göndərmək cürətində bulunan daşnakların "Vperyod" adlı qəzetə adlandırdıqları küçə vərəqələridir.

Bu qəzetə Qarabağa general-qubernator təyinindən bəhslə "Başı" (ibtida) sərlövhəli bir məqalə yazıb ortaya fitnə və şeytanət yumağı atıb, Qarabağ ermənilərini bu sözlə Azərbaycana qarşı iğtişaşa dəvət edir.

"Qarabağda Azərbaycan general-qubernatorunun piyada olması, yerli əhalinin heysiyyəti-xüsuməti-pərvəranəsini mucib olmaya bilməz", "müxtəsər, yerli əhali tərəfindən tanınmaq istənilməgin bu yeni hökumət Qarabağ ermənilərinin ona qarşu müsəlləh üsyanı üçün asan bir fitnə olacaqdır".

"Azərbaycan hökumətinin boylə imperializm məqsədinin nəticəsi, ancaq qan tökülməsinə və mümkündür ki, Qarabağ ermənilərinin hürriyyət yolundakı mübarizəsinə kömək etmək istəyən erməni hökuməti ilə Azərbaycan hökuməti arasında müharibə müsadimələrinə müncərr olar".

Bu sözlərdən aşkardır ki, daşnaklar qəzetələri vasitəsilə Qarabağ ermənilərini Azərbaycana qarşu müsəlləh üsyana təşviq və təhrik edirlər. Və degirlər ki, qorxmayın siz, üsyan başladıqdan sonra erməni hökuməti bəhanə tapıb sizə köməyə gələr.

Bu üsyanın müsəlləh olacağına da qəzetə əmindir, çünki Qarabağ ermənilərinin daşnaklar tərəfindən mükəmməl surətdə silahlanmalarını gözəlcə bilirlər. Bəli, bunu biz də bilirik və burasını da yaxşıca bilirik ki, madam ki, erməni milləti içində daşnak partiyası mövcuddur, nəinki Qarabağda bəlkə ümum qafqazda müsəlləh ixtişaş davam edəcəkdir. Millətinin gözlərini, daşnakların siyasətini görməmək dərəcədə örtmüş olan bu partiya, erməni millətini tamam və kamal məhv və nabud etdirməyincə şeytanətindən əl çəkməyəcəkdir.

Bizim öz yerlərimizə sahib olmaq əməlimizi daşnaklar "imperializm məqsədi" deyə adlandırırlar. Çünki Pənah xanın, İbrahim xanın, Mehdiqulu xanın yerləri ermənilərin yeri imiş! Və o qədər mübahisəli imiş ki, onun həllini Paris Konfransından gözləmək lazım gəlirmiş!

Lakin Qarabağ məsələsinin həllini Paris Sülh Konfransından gözləmək icab etdiyini safdərunlər nəzərində "sülhcuyanə" görünmək məqsədilə ortaya atan daşnaklar bizi inandıra bilməzlər ki, o konfransın hökmünə tabe olub da bir kərəlik kiriyəcəkdilər.

Azərbaycanı Azərbaycan türklərinə tapşırmış və erməni quldurlarını Azərbaycan toprağı olan Qarabağdan qovdurmuş olan general Tomson və milinlərin sözlərinə qulaq asmaq və nəzəri-etinayə almaq istəməyən daşnaklar əminik ki, Paris Konfransının da həqq və doğru olacağını ümid etdigimiz hökm və qərardadlarını pəsənd etməgib, bizləri ümum Qafqazı və bəlkə bütün dünyanı müsəlləh üsyanlar ilə daim təchiz etmək qəsdində olacaqdırlar. Özgənin iki gözünü çıxartmaq üçün özünün bir gözünü qurban etmək politikası yolunu tutmüş olan daşnaklardan nəticəsi hər vaxt erməni millətini fəlakətdən fəlakətə salan "müsəlləh üsyan"lardan başqa özgə bir qabiliyyət gözləmək üçün cahil və qafil olmaq lazım gəlir.

Pəs başlanıb!

Daşnaklar Qarabağ ermənilərini bizə qarşı üsyana dəvət edirlər. Bu üsyanın açıq-açığına qəzetə vasitəsilə elanı daşnakların bihəyalığını sübut edən aşkar dəlillərdən birisidir. Paytəxtimizdə bizimlə diz-dizə oturan daşnakların bihəyalığı bu dərəcə olduğu halda özgə yerlərdə və öz yerlərində oturanlarınkı nə dərəcədə olacağını təsəvvürə gətirmək olar...

Gözlərimizi dörd açmalıyıq. Ermənilərə etibar yoxdur, çünki "millət xadimi" olan daşnaklar bu milləti etibarsız bir dərəcəyə çatdırdılar. "Müsəlləh üsyanlar" törətmək və müharibəyə səbəb olmaq üçün bunlar aşkara və gizlin işlər görüb bizi qafil edə bilərlər. Bu qəflətin nəticəsində başımıza bəlalar gələ bilər. Müsəlləh üsyanlar çıxarmaq işində çoxdan bəri təcrübə hasil etməklə "ustad" olmuş daşnakların hər bir əməlinə şübhə ilə baxıb, zəif yerlərimizi qüvvətləndirmək ümumbədənimizi xainanə zərbələrə qarşı zirehpuş etmək işində möhkəm durmalıyız.

Lənət başlıyana gəlsin!

Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 94-96.