İki siyasət
Çahanşümul müharibənin ən böyük zərbələrini yemiş, ən ağır imtahanlarını keçirmiş, ölümünün qıldan asılı anlarım dəfələrlə hiss etmiş olan Fransa, bu bəlalardan xilas olduqdan bəri, əsəbi bir hala düşmüş kibi görünür. Təəccüb deyildir.
Boylə bir ehsasati-əmiqə və təsurati-fəciə keçirmiş olan firənglərdə əsəbiyyət peydasi və ədəmi-etidal təzahürati müharibənin “ekspansiv” təbiət üzərində buraxdığı əsərlərin təbii nəticəsidir.
Bu əsəbiyyət firənglərin bugünkü siyasətində müşahidə olunur və bunun acılığını üzərlərində hiss edənlər, keçmiş müharibədə almanlarla ittifaqda bulunanlar və onlara xəli və ələni müzahirət göstərmiş olanlardır. Məsələn, Avstriya, Türkiyə, Bolqariya və ilaxir. Türkiyəyə gəldikdə Fransanın siyasətindəki əsəbiyyətin acılığı degil, yalnız türklərə, bəlkə türklərlə gizli və ya aşkara əlaqələrdə “məznun” olanlara dəxi şamildir. Bunlar da türk mühibbi olan islamlar və türklərlə təmas və əlaqədə bulunmuş qeyri-islamlardır.
Bu üzdən Azərbaycan və Gürcüstan dəxi Fransanın əsəbiyyətini mucib olan millətlər cümləsindəndir. Azərbaycan və Gürcüstanın istiqlaliyyətləri təsdiq edilərsə, müttəfiqimiz Rusiya bizdən inciyər və ehtimal almanlarla əlbir olub, təkrar bizə qarşı müharibə açarlar qorxusu bir tərəfdən, düşmənlərimiz, səy ilə əleyhimizə yapılan təşviqat və təhrikat, digər tərəfdən firəng siyasilərinin əsəbiyyətini qalxızıb acıqlarını tutdurur. Neçə gün əvvəl qəzetələrdə oxuduq ki, Fransa xariciyyə naziri, Azərbaycan və Gürcüstan millətlərinin xahiş və iradələrilə təşkil etmiş olan cümhuriyyətlər həqqında fikriniz nədir deyə parlamanda vaqe olan suala zənn edirəm bu cümhuriyyətlər müvəqqətidir, əlavə gürcülər, ruslar və ermənilərə qarşı düşmənçilik edirlər sözlərdə cəvab vermişdir.
Firənglər əsəbi siyasət yürütməkdə ikən, sanki əsəbilik nə olduğunu bilməyən hər bir hadisəyə qarşı soyuqqanlılıq göstərən, hüzur və etidalını əsla xələldar etməyən ingilislər adi yol ilə öz siyasətlərinə dəvam edib, müharibə nəticəsi dolayısilə dəyişmiş olan vəziyyəti-hazirənin müsaidligindən bilistifadə müharibədən əqdəm hüsuli qeyri-mümkün olan arzuların istehsalıyla məşğul olurlar. Bu yaxınlarda İran ilə yapılmış olan müahidə iştə bir arzuların biridir ki, Rusiya çarlığı zamanında yapıla bilməzdi. Azərbaycan və Gürcüstan həqqında yürüdülən xeyirxahanə bir siyasət və sabiq düşməni Türkiyəyə qarşı göstərilən etidal və nəzakət ingilislərin “ekspansiv” firənglər kibi erməni və rum danoslarına və bu növ təşviqat və təhriqata laqeyd qaldıqlarına da böyük bir dəlildir.
Bundan dolayıdır ki, ingilislər Qafqazda, İranda, Türkiyədə böyük bir nüfuz qazanmaq və hüsnü-rəğbət görmək üzrə ikən Fransa tərəfindən eşidilən sözlər buralarda heyrəti-istiqra ilə təlqin edilir.
Fəqət bu yaxınlarda Suriya tərəfində vüqu bulmuş bir fəqərə sanki firənglərin şərq-qərb siyasətindəki bir çox şeyləri görməyə mane olan əsəbiyyətini, müvəqqəti, bəlkə sonra daimi də olsa bər- tərəf edib gözünü açdı. O vaqe Fransanın mənafeyi ilə əlaqədar olan Suriyada ingilis və firəng məmurları arasında vaqe olan münaqişə və münaziə idi. Bu vaqeə firənglərin diqqətini o tərəfə cəlb dolayısilə ingilis şərq-qərb siyasətini gözdən keçirməgə məcbur etdi. İştə Fransa xariciyyə nəzarətinin nim rəsmi qəzetəsi olan “'tan bu xüsusda bir məqalə yazmışdır ki, “Şərq məsələsi və Fransa’’ sərlövhəsilə iki gün əvvəlki nömrəmizdə bitərcümə mündəric idi. İngilis şərq-qərb siyasətini mütaliə yoluyla tənqid edən bu məqalə nazik bir lisanla, yazılmış şiddətli bir etiraz olmaqla bərabər Fransanın öz yanlış siyasətindən peşiman olmağa başladığını da sezdirən bir sənəddir. “...Başqa yerlərdə olduğu kibi, Şərqdə də müttəfiqin işlərinə Fransa böyük xidmətlər edə bilərdi, əhalinin hüsn-təvəccöhünü iktisab etməgi Fransa bacarır”,- deyə bu yollu kinayələrdən şərqdə “müttəfiqlərə xidmət” etmədiginə və ora əhalisinin hüsni-təvəccöhünü iktisaba çalışmadığına bu sözləri söyləyənin peşiman olduğunu dərk etmək asandır.
Həqiqət, hala ciddiyyətlə vüquf yetirmək əvəzində erməni və ramların əfsanə və əracifi ilə iktifa edən firənglər cümpuriyyətlərimizə müvəqqəti bir şey hesabında baxmağa dəvam və gürcülər erməni və rusların düşməndir-məali və əsassız məlumata istinadlarında inad edirlərsə, ola bilsin ki, axırda daha da peşiman olub, qeyri-qabil islah dərəcəsinə varmış xətlərinin acılığından əfsuslar yeməkdən başqa özgə bir çarə olmadığını görür.
Fəqət ümidvarıq ki, cümhuriyyətlərimizin millət və cəmaətimizin idarə və arzusu ilə əmələ gəldigini bilmiş olan Fransa parlaman əzalarının vücudi və təsirilə Fransa rical hökumətinin peşiman- çılıqlan mucib ola biləcək əsəbiligi bərtərəf edilməklə siyasəti dəxi başqa bir yola dönər ki, o yol zənnimizcə daha doğru və daha müstəqim bir yoldu.
Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 241-243.
