Əsassız tələb
Dabrovol komandası dünənki nömrəmizdə yazıldığı üzrə “tələb” edir ki, bəhri-Xəzərdə Azərbaycanın nə ticarət və nə də hərbi gəmiləri olmasın. Bu tələbə bir əsas olmaq üzrə 1828 sənəsində Rusiya ilə İran arasında əqd edilmiş olan ‘Türkmənçay” müahidəsindən bəhs edilir. Məlum olduğu üzrə bu müahidəyə görə Xəzər dənizi İran diplomatlarının rəyincə heç bir vecə gəlməyən “abi-şor” olduğuna görə tamamilə rus hakimiyyəti təhtinə keçib istər ticarət, istər hərbi gəmilər saxlamağa İranın həqq və səlahiyyəti olmadı.
Əlbəttə, müstəqil Azərbaycana heç bir dəxli və rəbti olmayan “Türkmənçay” müahidəsi dabrovolların tələbinə həqq verə biləcək bir əsas təşkil etməz. Bü müahidə bəhsi bir bəhanədir və bu bəhanə ilə verilən tələb dəxi Azərbaycan hüququna təcavüzdən ibarət bir hərəkətdir. İran-rus müahidələri əsas tutulmaq üzrə Azərbaycana tələblər vermək caiz görülərsə, o halda “Türkmənçay” müahidəsilə Xəzər dənizindən əl çəkməgə məcbur olan “Azərbaycan-Gülüstan” müahidəsilə də Qarabağ, Gəncə, Bakı, Şirvan və bir kəlmə, tamam Azərbaycan toprağından əl götürməyə, yəni öz-özünə yox olmağa vadar olacaqdır.
Dabrovol komandasının bu hərəkəti ola bilər ki, Denikinin Azərbaycan həqqındakı qəsdinin qövldən felə çıxarılmaq yolunda birinci iqdami və “Azərbaycan səfərfi”nin ibtida və başlanğıcıdır. Bəhanənin boş və əsassızlığı bu mülahizəyə təyid edən keyfiyyətlərdən hesab edilməlidir. Hər bir həqsiz təərrüz və təcavüzün bəhanəsi bir mötad, boş və əsassız olar. Özünü güclü və müqabil tərəfi gücsüz hesab edənlər təərrüzlərinə bir müqəddimə olmaq üzrə ortaya biməni və məntiqsiz bəhanələr atarlar.
Fəqət bu qürur sahiblərinin əksər ovqat elm hesabda xam və naşi olduqları, acı peşmançılıqları mucib olan səhv və xətalan ilə isbat edilib iş, sahibi-qürurun heç də gözləmədigi və istəmədigi bir vəziyyətə dönməklə başqa nəticələr verir.
Denikinin Azərbaycanı nə hesab etdigini bilməyirik, ancaq bunu bilirik ki, Azərbaycan Cümhuriyyəti öz dənizini “abi-şor" ədd edəcək dərəcədə kutahbin olmamaqla bərabər öylə bir qərar hökmünə məcbur olacaq halda dəxi deyildir. Azərbaycan öz hüququnu müdafiə yolunda heç bir şeydən çəkinməyəcəkdir.
Azərbaycan üçün dəniz məsələsi can məsələsidir. Bu məsələyə əl vurmaq Azərbaycanın canına toxunmaqdır. Azərbaycan Bakı dənizində hərbi gəmilər saxlamaqla heç kəsi qorxutmaq və heç bir kəsin yerinə təərrüz etmək fikrində deyildir. Onun fikri özünü xarici imperialist və qasiblər tərəfindən müdafiəyə hazır bir halda durmaqdır. Azərbaycanın özgələr yerinə göz dikdiyini heç kəs xəyalına boylə gətirməz. Halbuki özgələrin Azərbaycan toprağı haqqındakı təcavüzkaranə fikri cümləcə məlumdur. Boylə olduğu sırada özünü qurudan mühafizə etmək Azərbaycana borc olduğu kimi, dəniz tərəfindən dəxi müdafiə və mühafizə yolunu əlində saxlamağa var qüvvəsilə səy və qeyrət edəcəkdir.
Azərbaycan Cümhuriyyəti demək olur ki, artıq beynəlmiləl bir əhəmiyyəti haiz olan bir məsələ surətinə keçmişdir. Bu nöqteyi-nəzərdən bolşevikliklə müharibə üçün denikinlərə müzahirə göstərən Antanta və baxüsus ingilis məhafili-rəsmiyəsi və əlkari-ümumiyyəsi Denikinin Azərbaycan qəsdinə müvafiqət nəzərilə baxa bilməz və bu təərrüzə qarşı rui-riza göstərən Denikin Antanta müzahirətindən məhrum edilərsə, pulsuz və ləvazimati-hərbiyyəsiz qalmaqla heç bir şeyə qadir olmaz. Qərəz mahal olaraq Antanta bu məsələyə qarşı laqeyd qalsa boylə Azərbaycanın öz hüququnu mənafe etmək üçün ixtiyarında olan vəsilələri və həqiqi vasitələri çoxdur.
Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 262-263.
