Üzeyir Hacıbəyli

Dumanın halı

Bu yaxınlarda dumadan bəzi qəvanin və təizimata dair "bir islahat gözləmək hələ çətindir. Çünki duma qanunsaz bir müəssisə mövqeyini hələ işğal eləməyibdir.

Söz yoxdur ki, üzvlər məhəllərdən seçilib Peterburqa tərəf getdikləri zaman, birinci dəfə yığılıb da qanunsaz "bir heyət təşkil edəcəklərinə əmin idilər. Onlar özlərini həmin seçildikləri gündən qanun və tənzimat yapacaq bir işçi bilib, bu niyyət ilə də seçilmişdilər, lakin, baş nazir Stolıpin kabinəsinin dumaya qarşı ittixaz etdiyi rəftar və göstərdiyi münasibət bunu aşkar etdi ki, duma özünə nə tövr baxacaqsa baxsın, amma hökumət onun qanunsaz bir müəssisə olduğuna hələ bu tezlik ilə inanmaq istəmir.

Orası məlumdur ki, hökumət şurişə gəlmiş olan məmləkəti təskin etmək üçün "dinməyin, sizin üçün məclisi- məbusan açacağam", dedikdə, şübhəsiz, həmin məçlisi-məbusanın qanunsaz bir müəssisə olacağını dəxi bildirirdi və onsuz da elə bu hər kəsə məlum idi. Lakin görünür ki, hökumət bir cür vədə verib də, özgə cürə ifa etmək fikrində imiş, yəni indiyə qədər yalnız bir özünə müxtəss bildiyi tanunsazlığı bu tələsiklə məçlisi-məbusana tərk edib, kənara çəkilmək niyyətindən uzaq imiş. Firqə və partiyalar arasında ümumiyyətcə böyük bir həmrəyliklə məşhur olan birinci duma əvvəlinci günü hökumətə öz mövqe və vəzifəsini göstərib, haman vəzifəni ifadədə sabitqədəm olacağını qəti nümayişlərilə elan etdi. hökumət bunun üstündə onu qovdu və qovub da ümidini ikinci dumanın sözə yatan olacağına bağladı və bu ümidin hüsulu üçün birinci intixab nizamlarını təqyir edib, seçki işində verilmiş olan bir para ixtiyarları təbdil etdi, yəni o surətə salmaq istədi ki, intixabatın nəticəsində ikinci dumanın üzvləri əksərən "əsl rus" adamlarından və yaxud ittilaət və məlumati- siyasiləri az olan "bitərəflər"dən olsun. Lakin hökumət aldandı, çünki o cürə adamlar Rusiyada çox az tapıldı. Amma bainhəmə hökumət belə bir sifət göstərir ki, guya öz aldanmasına inanmaq istəmir. Bu səbəbə görə də duma üzvlərini siyasətcə bir şey başa düşməyib, qanmaz olmaqlıqda zəmm edir və bununla dəxi o tərəfə işarə etmək istəyir ki, belə qanmaz və qanacaqsız dumadan qanunsaz bir müəssisə ola bilməz, ona görə bu cür dumanın işi ancaq vəzirlər tərəfindən sazlanan qanunları bilamübahisə və müzakirə təsdiq etmək olmalıdır.

Lakin duma vəzirlərin bu biəsas sözlərinə cavab verə bilməyəcək qədər cahil olmadığına görə, hökumət ancaq başını bulayıb çiynini atmağa məcbur olur. Məlumdur ki, əgər dumanın üzvləri siyasətcə cahildirlərsə, bütün təqsir hökumətin özündədir, çünki özü qəsdlə sədlər qurub, əqilli və müttəle şəxslərin dumaya daxil olmaq yolunu kəsdi.

Bundan masəva, hökumətin dumanı əsassız sözlərlə zəmm etməkdə haqlı olmadığına bir dəlil burasıdır ki, duma özü kəndisinin bəzi əhəmm məsələlərlə filhəqiqə bir o qədər əhəmiyyətli olmadığını etiraf edərək, hökumətə təklif edir ki, haman məsələlərin müzakirə və tədqiqi üçün təşkil olunmuş xüsusi komisyonlara kənardan əhəmiyyətli və bilikli adamlar çağırılsın. Lakin hökumət buna qəti surətdə razı olmayıb, bu cürə şeyi "xilafi-qanun" hesab edir.

Xeyr, kim nə deyir desin: amma bircə orası doğrudur ki, hökumət bu fikrə heç razı olmaq istəmir ki, məclisi-məbusan, qanunsaz bir müəssisə olmalı və icraat işləri ilə, məsuliyyət ilə bərabər hökumətə vagüzar edilməlidir.

Odur ki, indi duma hələ öz qanunsazlıq mövqeyini işğal etməlidir, ona görə də bu tezlikdə ehtiyacati-məmləkətə müvafiq bir qanun yazıb tətbiq edilməsini gözləməkdənsə, dumanın qovulmasına müntəzir olmaq daha dürüstdür.

Hacıbəyov, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 1985.- S. 82-83.