Üzeyir Hacıbəyli

Daxili işlərmizdən

Bu axır zamanlarda hökumət məmurları və baxüsus, polis adamları əhali ilə fəna rəftarlarda bulunub, tökmək, sökmək və rüşvət almaq kimi əməllərlə xalqı incidir və əhalini rəğbətdən salırlar, deyə bir çox şikayətlər eşidilməyə başlamışdı. Əhali arasından çıxan bu şikayət parlaman kürsüsünə qədər yeriyib, hökumətin bu xüsusda ciddi tədbirlərinə səbəbiyyət verdi. O tədbirlərin başlıcası mülkiyyə baş müfəttişliyi təsis etməsidir.

Bu müfəttişliyin borcu ümummülkiyyə məmurlarının faəl və əmalına göz yetirmək, bədəməl, bədrəftar, rüşvətxor, xain və xasirləri bilümum cəmaətə əziyyət verən, xalqı incidən məmurları iş başından kənar edib, günahkarları yorunca məhkəməyə sövq etmək və bununla heç bir sui-istemalata yol verməməkdir.

Rus istibdadı zamanında polis məmurları əhalinin qənimi və yağısı idi. Əhali polis əhlinə qorxusundan hörmət göstərərdi. Lakin bu qorxu əvvəla əmnü-asayişi təmin etməzdi. Oğrular, əgrilər, polis məmurları ilə əlbir olduqlarından, rüşvət verdiklərindən soyğunçuluq, xırsızlıq öz qaydasilə hökmfərma idi. Və saniyən, bu qorxu bir çox vəxt cüzi bir təqsir üzündən nə qədər adamları qaçaqçılıq halına salıb, özünü də, özgələri də fəlakətlərə məruz qoyardı. Polis boylə bir zəmdə idi ki, onun vəzifəsi əhalinin baş və bədəni üzərinə şallaq çəkməkdən və rüşvət almaqdan ibarətdir.

Fəqət azad və müstəqil Azərbaycan hökumətində boylə bir əcayib vəzifəşünaslığa yol verilməməlidir. Polis əhli öz vəzifəsinin fəsi mənasını dürüst bilməli və dərk etməlidir. Onun doğrudan-doğruya vəzifəsi əhalinin canını, malını, şərəf və heysiyyatını hər bir təcavüzdən qorumaq və dövlət qanun və qaydalarını cəmaət arasında icra edilməsinə çalışmaqdır. Əhali polis məmurlarını qorxu üzündən deyil, onu təcavüzlərdən qoruyan bir mühafizə, bir qoruqçu sifətilə layiqi-ehtiram bilməlidir.

Mülkiyyə baş müfəttişliyinin idarəsi - hökumətin müsib və məqul bir tədbiri nəticəsi olaraq doğrulu və sədaqəti ümumca şək və şübhə xaricində olan mötəbər və müqtədir bir zata tapşırılmışdır. Bu zat bütün Azərbaycanca məşhur, millət və vətən məhəbbətilə məruf və bu yolda həbsxanələr bucağında can çürütməyə varıncaya qədər fədakarlıqlarda bulunmuş olan möhtərəm Faiq əfəndidir. Mühüm və mühümlüyü qədər də məsuliyyətli olan boylə bir idarənin başında Faiq əfəndi kibi etibar və etimadi-taməyə layiq olan adamları görərkən qəlbimiz mütməin olmaqla gələcəyə nikbinanə bir nəzərlə baxmağa əsasımız olub, qəlbimiz dəxi fərəhlənir.

Möhtərəm Faiq əfəndinin vəzifəsi dedikcə ağırdır. Vicdan qarşısında dövlət nəzərindən də camaətəndindəki də ki, məsuliyyəti təsəvvür etdikcə böyükdür. Milisionerdən tutmuş ta qubernatorlara qədər hər kəsə göz yetirmək bir-birinin əməlinə diqqət vermək, sui-istemalat vaqe olduğu halda onu heç bir hissiyata qapılmadan, xətər gözləmədən, özünə düşmən qazansa da həqqı-nahəqqa vermədən tədqiq və təhqiq etmək, dövlət mənafei hər bir şeydən əziz tutan Faiq əfəndi kimi qiymətli zatların əlindən gələ bilər. Bu üzdən cavan cümhuriyyətimizdə məmurlar sui-istemalatına heç bir vəchlə yol verilməyəcəkdir və bundan dolayı vaqe olan şikayətlərə məhəl qalmayacağına əmin olduğumuzu bir təbşir surətində xəbər verə bilərik. Lakin hökumətimizin nəzərdiqqətini bir cəhətə cəlb etmək istərdik.

Bir var ki, məmur, təftişdən qurtarmaq vəzifəsində sui-istemalat icrasına cəsarət etməz, bir də var ki, öz təbiyyəti və öz tərbiyyəsi sövq ilə hər bir bəd əməl və fəna hərəkətlərdən ictinab ilə özünü saxlamağa qeyrət edər. Məmurun qorxutmaq yolu ilə öz vəzifəsində doğruluq göstərməsinə mülkiyyə müfəttişliyi təsisi ilə cəhd edər, hökumət onlardan bir paralarının təlim və tövsiyyəsinə də icrai-təsir edə bilər ki, bu yol ilə də sui-istemalat rəf olub getsin. Məsələn, polis və jandarma məmurları üçün xüsusi məktəblər açmaq yolu ilə elmli və tərbiyyəli milis və jandarmalarımız olub, əhali bir çox nahəqq söyüşdən-döyüşdən, təhqir və təkdirdən azad olmaqla bərabər milis və jandarma vəzifələri dəxi layiqli və lazımlı bir surətdə ifa olunar. Baxüsus, boylə məktəblərdə polis və jandarma vəzifələrinə aid olan dərslərdən əlavə dərs alanlarda milli ruh, milli tərbiyə və vətənpərvərlik hissi oyadacaq və tərbiyə edəcək sözlər və söhbətlər irad edilərsə boylə bir tərbiyə nəticəsi olaraq dövlət və millətpərəstlik sevgilə vəzifəsi başında duran kiçik məmurlara malik olmağımızla cavan cümhuriyyətimizə böyük xidmətlər göstərmiş oluruq.

Biz zənn edirik ki, bu yolda çalışmaq, yəni polis və jandarma məktəbləri açılmasına səy etmək möhtərəm Faiq əfəndinin doğrudan-doğruya vəzifələrindən biri və mühümüdür. Ona görə bu yolda Faiq əfəndinin lazım olan təşəbbüsata girişməyini və girişib də bu mühüm əmrə müvəffəq olmaqlarını ümüdvar olduğunun hörmətin bu yolda Faiq əfəndiyə kömək edəcəyin şəkkimiz ola bilməz.

Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 220-222.