Üzeyir Hacıbəyli

Rəhbərlərimiz

 

Hər bir millətin təkamül və yaxud inqilab təriqiilə tərəqqi və təməddününə səbəb o millətin başında duran, rəhbəri olan bir və ya bir neçə tərəqqipərvər və təcəddüdxah firqələrii olması tarixi bir həqiqətdir.

Haman firqələrdir ki, öz millətini müxtəlif yollarla irəli aparmaq yolunda ciddü cəhd edib və böyük mərdanəlik və fəaliyyət göstərib, qabaqlarına çıxmaq və hər bir cürə mümaniətlər ilə mübarizə və mücahidə etməklə bilaxirə öz məqsudlarına nail olublar.

Firəng olsun, nemes olsun, yapon olsun bu tayfalar hamısı bugünkü tərəqqi, təməddün və rifahi-hal ilə asudə məişət keçirmələri də haman başlarında duran və onları təriqi-səadət və tərəqqiyə tuş edən firqeyi-mücahidlərinə borcludurlar.

Firqeyi-mücahideyndən məqsudumuz bir neçə adamın, özlərini millət rəhbəri hesab edib, tərəqqi etmək adı ilə bilibbilmədikləri işlərə mübaşir olmaq deyildir. Bəlkə hər kəs milləti tərəqqi etdirəcək bir sənət, bir əmələ öz qəlbində bir şövq və həvəs hiss etdiyi surətdə haman əməlin dalınca düşüb, onu xalq arasında nəşr və təmim etmək, onunla xalqın ya ağlını və yaxud hissiyyati-aliyəsini nəşvü nüma etdirməklə xalqa maddi və yaxud mənəvi bir xidmət göstərmək işində davam etməkdir.

İştə mütərəqqi və mütəməddin millətlərin dərəceyi-tərəqqinin ali payəsinə nail olub da, bizlərə nisbətən xoş gün keçirmələri öz karkün adamları sayəsindədir.

Bu gün o millətlərin tərzi-məişəti də bizimkindən dəfələrcə xoşraqdır. Orada hər bir fərd mənafeyi-ümumiyyənin nədən ibarət olduğunu və bu mənafeyi-ümumiyyə ilə hər kəsin də mənfəəti-şəxsiyyəsi təmin edildiyini dürüst anlayıb əsl insana yaraşan bir tərzlə ömür sürürlər. Orada hər bir fərd, hər kim olursa-olsun, öz-özlüyündə öz tərzi-məişətində onu təzyiq edə biləcək və onun hüququna və hürriyyəti-şəxsiyyəsinə xələl yetirəcək şeylərlə müqəyyəd deyildir, məgərinki bunun hürriyyəti-şəxsiyyəsi başqaların hüquqi-şəxsiyyəsinə təcavüzdən ibarət olmasın. Bu isə onlar üçün heç bir qeyd olmayıb, bəlkə özləri arzu edən şeylərdəndir. Çünki özgənin hüququna toxunmaq ya hüriyyəti-şəxsiyyəsinə əl atmağın böyük bir şər və zərəri olduğunu hər bir fərd çox gözəl anlayır. Xülasə, onlar hamısı birlikdə hər bir yaxşını təqdir və hər bir yamanı təkdir və təqbihə etməyə qadirdilər. Yaxşı ilə yamanı da dürüst anla- maq üçün elm və sənaye sahəsində tərəqqi etmək lazımdır. Bu elm və sənayenin, yəni tərəqqi yolunun xalq üzərinə açılmasına da səbəb başçı firqələridir.

Lakin bizlərdə hələ elə rəhbərlər yoxdur, yox olmalarına da səbəb ümum camaatımızı bürüyən, əhatə edən ətalət və kəsalətlə bərabər, rəhbərliyə layiq olan şəxslərimizin məişətcə dar gün keçirmələridir.

Bu halda bizim hər bir fərdimiz öz tərəqqisi üçün bir rəhbərə möhtac olduğunu hiss edir. Lakin bu rəhbərlər öz rəhbərlik işlərinə ehtimam və diqqətlə məşğul olmaq üçün məişətcə təmin olunmalıdırlar. Doğrudan da, rəhbər olmaq istedadını haiz olan şəxslərimizin öz aramızda qədr və qiymətləri bilinməsə, onlar təmini-məişət üçün başqa yerlərdə, başqa tayfalar içində və ya başqa bir yolda işləməyə başlayıb, xalqa fayda verə bilməzlər.

Hacıbəyov, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 1985.- S. 147-148.