Üzeyir Hacıbəyli

Ehtiyat lazımdır

Bizi istəməyənlər azadlıq və istiqlalımıza qarşı düşmənanə bir vəziyyət alanlar təbiidir ki, biz ilə özləri arasında bir divar çəkilməsinə və ya dərin bir dərə qazılmasına səbəb oldular ki, o divarın və o dərənin adım etibarsızlıq divan və ya etimadsızlıq dərəsi demək caizdir.

Təbii bir əmrdir: istiqbalımızı, azadlığımızı istəmiyənlərə biz etibar və etimad göz ilə baxa bilmərik. Biləks, onlar bizim gözümüzdə həmişə şübhə və sui-zənn içində olacaqlar. Bunun nəticəsi olaraq biz bu adəmlərin ya paytəxtimizdə, ya Azərbaycanımızın başqa yerlərində siyasi-ictimai, hətta iqtisadi işlərdə iştirak etmələrinə yan-yan baxmağa və ehtiyatlı olmağa məcbur qalaciyiq.

Həqqımız də olacağdır.

Kim inana bilər ki, vətənimizin istiqlalım tanımaq istəməyən bir şəxs və ya bir cəmiyyət gördügü işlərində və tutduğu əməllərində, vətənimizin mənafeyini mülahizə etsin? Və ya hökumətimizə kömək qılmaq nöqteyi-nəzəri ilə işə mübaşir olsun?

Və kim buna inanmaz ki, bu adamların, bu cəmiyyətlərin hər bir təşəbbüsatlarında, hər bir fəaliyyətlərində məqsədlər yalnız bir şeydir. Bizi düşülmək, istiqlaliyyətimizi puç etmək, özlərini təkrar ağa və bizləri genə də qul halına salmaq?!

Əgər bunların bəzi-bəzi işlərində hərdənbir mənfəətə, əmma mülahizəsi dərk edilirsə və bu işlərinin nəticəsində vətənimiz üçün məxsusi bir mənfəət olacağı şübhəsiz görünürsə, biz genə bundan şadlanıb sevinə bilməyəcəyik, çünki bu surətdə də genə onların məqsədi həman məqsəddir. Hökumətimizin şanını kəsr etmək və nüfuzunu nəzəri-amadə qırmaq və əsərsiz qalmaq.

Pəs bundan dolayıdır ki, bizi tanımayanların, bizim bir para daxili işlərimizə qatışması bizi nəinki sevindirmir, bəlkə bir taqım şübhə və əndişələrə salır.

Rus milli komitəsinin mühacirləri vətənimizdə yerləşdirmək bəhanəsiylə hərdəm hökumətimizi təciz etməsi və bu kibi işlərdə əksərən xudsəranə təşəbbüsatda bulunmasına kimi bizdən ötəri arzu olunmayan nəticələr verməsinə Muğan səhrası kəndliləri ictimaisinin "məşhur" qərarından anlamaq olar ki, bu qərar bu gün kağız və qəzetə üzərində olmaqla bizi bir o qədər incitmiyirsə, səbah felən icra edilərsə, istiqlalımıza vurulan zərbənin ağırlığı bizi incidər və bəlkə dövlətimizin bədənində sağalmaz bir yara olub qalar.

Eşitdigimizə görə öylə bir "kəndlilər ictimainin" buralarda da çağrılmaq fikri var və bəlkə bu yolda lazımi təşəbbüsatda bulunmaq üzrədirlər.

Keçən zabastovka fiiqərasında Azərbaycan müsəlman fələ və əmələləri vətənpərvər və istiqlalpərəstlik imtahanlarım parlaq bir surətdə verməklə qəlbimizə böyük bir təskinlik verdilər və ziraət- çilərimizin dəxi bu kibi imtahanlarda fələ və əmələlərimizdən geri qalmayacaqlarına kəmali-itminan ilə inanmaqdaik, əmma bununla boylə imtahana hazırlaşmaq böyük bir şərtdir. Binaən əleyh hazırlatmaq üçün də ustadlar lazımdır. Ümid edirik ki, fələlərimiz təşkilati yolunda ciddiyyət ilə işləyən partiyalarımız, kəndlərimizi dəxi hazırlaşdırmaq işində mahiranə birər ustadlıq göstərməklə, öz böyük vəzifələrini layiqincə ifa edəcəkdirlər.

Bizi istəməyənlərin hər bir işlərindən və hər bir təşəbbüsatlarından məqsədləri mənfəət ammə olmayıb da yalnız bizi düşürmək və istiqlalımızı pozmaq olduğunu aydın və aşkara bir surətdə bilib də bu barədə yəqinlik hasil etmək üçün şəhərimizdə 12 yanvarda təyin edilmiş "fələlər konfransı" məclisinin o günü naməlum səbəblərə görə təxir edildiyi keyfiyyətinə diqqət edilsin.

Həman günu məclisə gələn müsəlman fələlərinin ədədi iki yüz nəfərlik olur.

Bundan qabaq on beş nəfərin vücudilə iktifalanıb da məclisi qanuni hesab edən çurayevlər bu səfər iki yüz nəfər müsəlman fələsinin yığılmasını görüb də bir bu qədər cəmaətin pul və yol kirayəsi xüsusunda çəkmiş olduqları zəhmət müqabilində nə edirlər?

İclası "atminit" ilə məclisi pozmaq kimi qaba və dürüst bir nəzakətsizlik göstərməyi müsəlman fələləri həqqında rəva görürlər...

Bu kimi hərəkətləri gördükdən soma məzkur çurayevlərin "fələ qardaşlar, biz sizin mənfəətiniz üçün əlləşirik" kimi riyakaranə sözlərinə hansı müsəlman fələsi inana bilər? Və onların iqtisadi də olsa zabastovkalar dəvətinə hansı Azərbaycan əmələsi qulaq asa bilər'? Və bundan sonra bizim fələ və əmələlərimiz curaycvlərdən uzaq durmağı qəbul etsələr - ki etməyə bilməzlər - ümumfələ sinfini ayırmaq günahı kimin boynuna düşər? Və genə bundan sonra necə olar ki, biz onlara şübhə və sui-zənn ilə baxmiyarığ?

Həman şübhə və sui-zənnimizi mucib olan işlərdən biri də dəmiryol işlərini təftiş etmək məsələsidir.

Bugünlərdə yenidən meydana çıxan və heç əvvəldən də məsləki xoşumuza gəlməyən "Bakinets" qəzetəsində oxuyuruq ki, Azərbaycan dəmiryol ərzaq şöbəsi işlərini təftiş edən komisyon əhaliyə müraciət edib iltimasda bulunub ki, bu ərzaq şöbəsində hər bir sui-istemalat olduğunu görüb bilənlər varsa həman komisyona xəbər versinlər.

Eşitdigimizə görə bu komissiyanın içində öylə adamlar var ki, Azərbaycan dəmiryolunda sui-istemalat degil, dəmiryol lap yerli-dibli bərbad olsa da veclərinə gələn və yükləri yanan degildirlər. Pəs komisyon qurub "təftiş" qılmaqdan məqsəd genə həman məqsəddir.

Çox istərdik bilək ki, aya bu komisyon dəmiryol nəzarətinin izniləmi qurulubdur və bir də dövlətmizin təftiş nəzarəti dura-dura bu cürə komisyonlar "köməginə" ehtiyac varmı? Ehtiyac varsa, bu ko- misyonın əzalarını kim seçibdir, kim təyin edibdir? Bu komissiya da başımıza zabastovka oyunu açan dəmiryol xidmətçiləri "rol" oyniyorlar? Bu komisyonın öz işlərinə, öz hərəkətlərinə nəzarət tərəfindən bir göz yetirən varmı? Təftişdən murad, sui-istemalatı təhqiq etməkdən başqa özgə bir məqsəd yürüdülmədiginə hökumət tərəfindən layiqincə diqqət olunurmu?

Qərəz, bu cürə məsələlər bizi çox maraqlandırır. Ümidvarıq ki, nəzarətimizdən başqa parlaman əzalarımız dəxi bu işə balaca da olsa, bir əhəmiyyət yetirib, işin necəligindən xəbərdar olmağı vəzifələri cümləsindən ədd edərlər.

Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 76-78.