Üzeyir Hacıbəyli

Ümum Vladiqafqaz camaatına açıq məktub

Ümum Vladiqafqaz camaatından istifsar olunur: "doğrudurmu ki, ümum Vladiqafqaz camaatı Hacı Molla İsmayıl Molla Həsənzadə Gənceini, Hacı Məmmədsadıq Əliyev Təbrizini, Hacı Yusif Qafarov Təbrizini və bir də Mustafa Aliverdov-Əliyevi vəkil seçib və "Molla Nəsrəddin" jurnalı barəsində bir məqalə yazıb idarəmizə göndəribdilər. Bunlar ümum Vladiqafqaz camaatının nasıl vəkilləridir ki, birisi gəncəli, ikisi təbrizli və dördüncüsü də haralı olmağı məlum deyildirsə də, müsəlmanca bisavaddır.

Riça olunur ki, ümum Vladiqafqaz camaatı bu barədə idarəmizə rəsmi bir kağız göndərməklə tez cavab versinlər.

Hacıbəyov, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild. - S. 274.