Üzeyir Hacıbəyli

Mıralay haskelın təklifi

Şərur və Naxçıvan uyezdləri həqqında Amerika nümayəndəsi miralay Haskel cənabları tərəfindən Ararat və Azərbaycan hökumətlərinə verilmək üçün vaqe olmuş təklifin biri zahiri, digəri batini olmaq üzrəiki mənisi vardır.

Zahiri mənisi bütün məzkur uyezdlərin əhalisinə aid olub tənzimi-idarə və təmini-məişətlərini hüsulə gətirə bilən üsul və tədbirlərdən ibarətdir ki, maddə-maddə yazılıb ələni və aşkardır.

Batini mənisi isə - bu mənəvi bir zərbədir ki, onu ancaq Ararat hökuməti dərk və hiss etməlidir.

Cümləcə məlumdur ki, düvəli-müəzzəmə içində bu axır vaxt ermənilər həqqında iltifat göstərən, onlara maddi və mənəvi köməklər vəd edən və bu vədələrin bir nümunə hüsuli olmaq üzrə erməni yoxsullarına ianələr paylayan - hamıdan artıq Amerika idi.

Bunun səbəbi o idi ki, Yevropaya və Amerikaya göndərilmiş olan erməni mürəxxəsləri, Ermənistanı tərif edərkən, vəhşilər içində mədəni, zalımlar arasında məzlum, sızlıqlara uğramış həqlı bir millət deyə təsvirə çalışıb, həqiqət haldan bixəbər olan amerikalıları o qədər qandırmışlardır ki, amerikalılar da Qafqaz dağları arasında layiq etina və caizi-himayət və şayəsteyi-istiqlal bir millət varsa o da yalnız ermənilərdir, deyə boylə bir qənaət hasil olmuşdu.

Fəqət erməni millətinin başında duranlar o qədər kutahbeyin oldular ki, bəlkə amerkalılar həqiqət halı-təhqiq üçün Ermənistanı ziyarətə gələr və hasil edilmiş qənaətin yanlış olduğunu görərlər, deyə bu xüsusda heç bir fikir və əndişə etməyib təşkil etmiş olduqları cümhuriyyətdə mürəxxəslərin tərif və təsvirlərinə təmamilə zidd və bərəks olaraq bir hal törətməyə çalışırdılar.

Amerkalılar gəldilər. Hələ Haskel cənablarından əqdəm, erməni yoxsul və sitəmdidələrinə ianələr paylamaq qəsdilə Qafqaza gəlmiş olan Amerika heyəti, əhvalının başqa tərzdə olduğunu bir dərəcəyə qədər anladı. Nə üçün siz ianənizi yalnız erməni yoxsullarına təxsis və təqsim edirsiniz deyə suala: “Biz zənn etdik ki, möhtaci-ianə olanlar yalnız ermənilərdir”, - deyə cavab verib işlərdən bir o qədər də xəbərdar olmadığlarını iqrara məcbur oldular.

Lakin erməni başçıları boylə vəqələrdən bir dərs ibrət almadılar. O ziyankar politikalarına dəvam ilə zülmdidə müsəlmanları qiyam və üsyana məcbur etdilər, iş o məqama çatdı ki, erməni cümhuriyyətinin əsasını təhdid edən təhlükələr vücudə gəldi. Şübhə yoxdur ki, erməni məzalimi nəticəsi olan bu qanlı hadisələri, erməni mürəxxəsləri Yevropa və Amerika qarşısında başqa bir halda təsvir edib erməni məzlumluğunun yeni bir sübut və dəlilidir deyə arayaə edirmişlər.

Lakin Haskel cənabları gəldi, Qafqazı gördü erməni həqiqətinə nəzər yetirdi, vaqe olan əhvalatı təhqiq etdi, Yevropanın və həmvətənlərinin bir çox yanlışlar və zəlalətə qapdırılmış olduqlarını dərk etdi və bunun nəticəsində Şərur və Naxçıvan türklərini “mədəni məzlum”ların vəhşiyanə hərəkət və zalimanə rəftarından xilas etmək üçün o tərəfləri Ermənistandan ayırmaq və bitərəf bir məntiqə halına salmağı lazım bildi.

İştə Ararat hökuməti politikasının nəticəsində daşnakların yedikləri mənəvi bir zərbə.

İndi keçəlim təklifin zahiri cəhətinə.

Bu təklif, əlbətdə ki, Şənır və Naxçıvan müsəlmanlarını və böyük Vedi əhalisini Ermənistandan ayırıb o tərəfin zülm, sitəm, qətl və qarətindən xilas edə bilər. Fəqət bu hal yəni məzkur uyezdlərin bitərəf bir məntəqə halında nə qədər zaman davam edəcəyi və bura əhalisinin müqəddəratı bilaxirə nə yolda həll ediləcəyi məzmununda irad edilən suallara təklifdə cavab yoxdur.

Təklifin “məhəlli idarə türk idarəsi olacaqdır, deyə, üçüncü Bakı Culfa dəmiryolu müxənnəs Azərbaycan hökumətinə təəllüq edəcək”- deyə on beşinci və idarə üçün əlavə yol lazım olacaqsa, o pulu Azərbaycan hökuməti buraxacaqdır”, deyə, on yeddinci maddələrdən aşkardır ki, bu təklif başdan-başa “mıs... mıs...” deməkdir ki, bugünü “Müstafa” olacağını aşkardır. Yəni bir yer ki onun idarəsi Azərbaycan qaydasıdır, içindən keçən dəmiryolun Azərbaycanındır, məsarif və məxaric üçün xərclənən yolu da Azərbaycan xəzinəsidir - uyez siyasi məntiq üzrə Azərbaycan toprağından hesab edilə bilər.

Buna görə Şərur və Naxçıvan məsələsi bilaxirə rəsmən Azərbaycana ilhaqla həll edilib qurtara bilər ki, bura oraların əhalisi də razıdır, düvəli-müəzzəmə nümayəndələri də maildirlər və məntiq də boylə hökm edir.

Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 212-213.